Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saatlı — Azərbaycan Respublikasının Saatlı rayonunun Saatlı şəhər inzibati ərazi dairəsində şəhər, Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində

Saatlı

  • Ana Səhifə
  • Vikipediya
  • Saatlı
Bu məqalə Saatlı şəhəri haqqındadır. Saatlı rayonu üçün Saatlı rayonu səhifəsinə baxın.

Saatlı — Azərbaycan Respublikasının Saatlı rayonunun Saatlı şəhər inzibati ərazi dairəsində şəhər, Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir.

Şəhər
Saatlı
39°55′52″ şm. e. 48°22′11″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü −9 m
Saat qurşağı
  • UTC+04:00
  • UTC+05:00
Əhalisi
Əhalisi
  • 17.900 nəf. (2012)
Digər
saatli-ih.gov.az
Xəritəni göstər/gizlə
Saatlı xəritədə
Saatlı
Saatlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

Saatlı adının mənşəyi Səədli oymağından gəlir, bu oymağın daşıdığı bu ad Qaraqoyunlu boy bəyindən almışdır. Bundan başqa, Saatlı toponimi izah edən bir neçə xalq etimologiyası var. O cümlədən, "Seatlı" (beşatlı), "Saya atlı", "Suatlı yer" və "Səhhətli yer". Başqa bir xalq etimologiyasına görə, Muğanda saatı ilk gəzdirən insan bu ərazidə yaşamışdır.

Tarixi

Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax–Borçalı zonasında kök salıblar. Bu boy/tayfa Qaraqoyunlu dövləti dağıldıqdan sonra İrəvan ətrafına,sonra Borçalı ərazisinə, 1759-cu ildə feodal münaqişələrinə görə bölünərək Gəncəyə və Qarabağ xanlığına (Cavanşir mahalı və Şuşa şəhəri) köçmüşdür.

Şuşa şəhərində yaşadıqları məhəllə isə öz adları ilə "Saatlı" (Saatlı məhəlləsi) adlandırılıb.

Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ilə əlaqədar Qarabağ xanı İbrahimxəlil xan bu tayfanı müvəqqəti olaraq Şirvan xanlığı ərazisinə köçürmüşdür. Amma Şirvan xanı Mustafa xanın güzəştli vergi və imtiyazlarına görə geri qayıtmamışlar. İndiki Saatlı rayonunun ərazisi Şirvan xanlığına aid Muğan mahalının bir hissəsi idi.

İndiki Saatlı şəhəri ilk olaraq oba (köçəri icma) olaraq xarakterizə edilmişdir. Ümumi Azərbaycanda tayfalar/oymaqlar oturaq həyat tərzinə keçdiyindən sonra Saatlı kəndə çevrilmişdir.

Səədli/Saatlı oymağının yayılma arealı

Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır.

Əhali

"Qafqaz təqvimi "nin məlumatına görə, 1910-cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.

İlSayı
1959 5.936
1970 6.588
İlSayı
1979 10.986
1989 14.200
İlSayı
2012 17.900

Şəkillər

  • Çöldə Araz çayında bir qayığa söykənən iki kişi. Persiya tatarı (azərbaycanlı/türk) Rza Cəfər oğlu (1883–1947) və Kərim Cəfər oğlu (1881–?) qardaşları qoşadöşlü arxalıq geyimində. Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il.
    Çöldə Araz çayında bir qayığa söykənən iki kişi. Persiya tatarı (azərbaycanlı/türk) Rza Cəfər oğlu (1883–1947) və Kərim Cəfər oğlu (1881–?) qardaşları qoşadöşlü arxalıq geyimində. Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il.
  • Rza Cəfər oğlu (1883–1947) və Kərim Cəfər oğlu (1881–?) qardaşları. Yaşadıqları həyətyanı sahəsi. Araz çayının yaxınlığı, Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il.
    Rza Cəfər oğlu (1883–1947) və Kərim Cəfər oğlu (1881–?) qardaşları. Yaşadıqları həyətyanı sahəsi. Araz çayının yaxınlığı, Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saatlı haqqında məlumat. Saatlı nədir? Saatlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alpinia caerulea

  • Fevral 27, 2026

    Columba trocaz

  • Fevral 27, 2026

    Caesalpinioideae

  • Fevral 26, 2026

    Macarıstan krallığı

  • Fevral 27, 2026

    Duyğu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst