Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin x

Azad ticarət

  • Ana Səhifə
  • Vikipediya
  • Azad ticarət

Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin xarici ticarət üzərindəki yoxlamasından və vergi tətbiqindən tamamilə imtina etməsi mənasına gəlməyə bilər.

Tarix

Azad ticarət təlimi XIII əsrdə müdaxiləçi sistemlərə bir reaksiya olaraq ortaya çıxdı. Bu təlimə fizokratlarda, Devid Yumda və Adam Smitdə rast gəlinir. Azad ticarət anlayışı nəzəriyyəsinin təməlində Adam Smitin ölkələr arasındakı məhsuldarlığı və istehsalı artıracağı istiqamətindəki fikirləri durur. Ayrıca götürüldükdə bir ölkə, xüsusilə bəlli bir əmtəənin ən önəmli alıcısı və ya satıcısı kimi çıxış edirsə, xarici ticarətə məhdudiyyət qoyulmasından qazanc əldə edə bilər. Buna baxmayaraq praktikada yerli sənayelərin qorunması məqsədilə qoyulan məhdudiyyətlər müəyyən bir mərhələdən sonra ölkənin ümumi iqtisadi qazancı baxımından mənfi təsirlərə də səbəb olur.

Azad ticarət, ən qəti formasıyla David Rikardo və Con Stüart Millin əsərlərində yer almışdır. Bu yazıçılarda millətlər arasındakı ticarət sərbəstliyi beynəlxalq əmək bölgüsü təməlinə söykənir.

XIX əsrdə İngiltərədə Riçard Kobden və Mançester Birliyi, Fransada Frederik Bastiat və Mişel Çevaliyer tərəfindən müdafiə olunan azad ticarət, xüsusilə 1860-cı il Fransız-İngilis müqaviləsinin imzalanmasının müvəfəqiyyətə çatması ilə hiss olunsada, o tarixdən sonra İkinci Dünya müharibəsinə qədər sürətli geriləmişdir.

Döyüş sonrasında beynəlxalq iqtisadiyyatın yenidən nizama qoyulması, azad ticarət mövzusundakı neoklasik qaydaların, xüsusilə Hekşer-Ulin nəzəriyyələrinin də təsiri ilə, sərbəst ticarətin tətbiq sahəsini yenidən genişləndirdi. İkinci Dünya müharibəsindən sonra ölkələr arasındakı gömrük maneələrinin və valyuta məhdudiyyətlərin azaldılması məqsədilə intensiv səylər göstərilmişdir.

Bununla birlikdə qlobal və ya yerli böhranlar zamanı həm inkişaf etməmiş, həm də sənayeləşmiş ölkələr idxal kvotaları, vergilər və milli sənayelərə təşviq etmələr kimi üsullarla azad ticarət üzərindəki məhdudiyyətləri müəyyən ölçüdə davam etdirməkdədirlər.

Həmçinin bax

  • Proteksionizm
  • Azad iqtisadi zona
  • Adam Smit
  • David Rikardo
  • Saytda ticarət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azad ticarət haqqında məlumat. Azad ticarət nədir? Azad ticarət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Neymeqen

  • Fevral 27, 2026

    Xanlar Paşabəyov

  • Fevral 27, 2026

    Nikolay Bulqanin

  • Fevral 27, 2026

    1857-ci il

  • Fevral 27, 2026

    The Simpsons

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst