Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Duarte (port. Duarte de Portugal; 31 oktyabr 1391, Vizeu – 9 sentyabr 1438[…]) — XI Portuqaliya kralı. Portuqaliya tarixində ədalətli və savadlı kral kimi yad

I Duarte

  • Ana Səhifə
  • Vikipediya
  • I Duarte

I Duarte (port. Duarte de Portugal; 31 oktyabr 1391, Vizeu – 9 sentyabr 1438[…]) — XI Portuqaliya kralı. Portuqaliya tarixində ədalətli və savadlı kral kimi yadda qalmışdır. Qısa hökmdarlığına baxmayaraq, onun dövrü mədəni və siyasi baxımdan keçid dövrü hesab olunur. O, həmçinin Portuqaliyada böyük coğrafi kəşflər dövrünün əsasını qoyan liderlərdən biri olmuşdur.

I Duarte
port. Duarte de Portugal
XI Portuqaliya kralı
14 avqust 1433 – 9 sentyabr 1438
ƏvvəlkiI Juan
SonrakıV Afonso
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1391(1391-10-31)
Doğum yeri
  • Vizeu
Vəfat tarixi 9 sentyabr 1438(1438-09-09)[…] (46 yaşında)
Vəfat səbəbi taun
Fəaliyyəti kral, yazıçı
Atası I Juan
Anası Lankasterli Filipa
Həyat yoldaşı
  • Araqonlu Eleonora (1428–1438)
Uşaqları
  • V Afonso,
  • İnfant Ferdinand,
  • Portuqaliyalı Eleonora,
  • Portuqaliyalı Yuanna
Ailəsi Avis sülaləsi
Dini katolisizm
Təltifləri Bant ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1391-ci ildə Vizeuda anadan olmuşdur. O, Avis sülaləsinin banisi I Juan ilə İngiltərə kralı III Eduardın nəvəsi olan Lankasterli Filippanın oğludur. İngiltərə kral ailəsinin qanını daşıdığı üçün Avropada nüfuzlu və savadlı krallardan biri sayılırdı. Uşaqlıqdan intellektual təhsil almış, filosoflara və yazıçılara xüsusi maraq göstərmişdir. 22 sentyabr 1428-ci ildə Araqon kralı I Ferdinandın qızı Elyanora ilə evləndirildi. Cütlüyün bu nikahdan 9 övladı dünyaya gəlsə də, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi.

  • Juan (1429–1433)
  • Filippa (1430–1441)
  • V Afonso, Portuqaliya kralı
  • Mariya (1432)
  • Ferdinand, Vizeu hersoqu
  • Elyanora, Müqəddəs Roma imperatriçası
  • Duarte (1435)
  • Yekaterina (1436–1463), rahibə
  • Juana, Kastiliya kraliçası

Atasının ölümündən sonra, 1433-cü ildə taxta çıxmışdır. I Duarte daxili idarəçilikdə ədalətli qanunların tətbiqinə və şura məsləhətlərinə önəm vermişdir. O, eyni zamanda yazıçı kimi də tanınır və "Sadiq müşavir" (port. Leal Conselheiro) adlı əsəri ilə fəlsəfi düşüncələrini xalqla bölüşmüşdür.

1437-ci ildə qardaşı Enrike dənizçi və digər zadəganlarla birlikdə Şimali Afrikada yerləşən Tanja (Tanjer) şəhərinə hərbi səfər təşkil etdi. Lakin bu səfər uğursuz oldu və qardaşı İnfant Ferdinand Mərakeşlilər tərəfindən əsir alındı. I Duarte, qardaşının azad olunması üçün çox çətin şərtlər qarşısında qaldı və bu məsələyə görə çox narahatlıq keçirdi. I Duarte 9 sentyabr 1438-ci ildə, cəmi 47 yaşında, Tomar şəhərində vəba xəstəliyindən vəfat etdi. Onun ölümü Portuqaliyada siyasi qeyri-sabitliyə səbəb oldu, çünki oğlu hələ yetkinlik yaşına çatmamışdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Duarte haqqında məlumat. I Duarte nədir? I Duarte nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Mülki aviasiya

  • Fevral 27, 2026

    Şiş

  • Fevral 23, 2026

    Xınalıq

  • Fevral 27, 2026

    Minbər

  • Fevral 27, 2026

    Amper çayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst