Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şayəstə Qadınəfəndi (1838, Suxumi – 11 fevral 1912, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on yeddinci xanımı.

Şayəstə Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Şayəstə Qadınəfəndi

Şayəstə Qadınəfəndi (1838, Suxumi – 11 fevral 1912, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on yeddinci xanımı.

Şayəstə Qadınəfəndi
زوجة شايستي
Şəxsi məlumatlar
Doğum tarixi 1838
Doğum yeri Suxumi, Abxaziya
Vəfat tarixi 11 fevral 1912 (73–74 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • İstanbul
Fəaliyyəti əsilzadə
Atası Tataş bəy İnalpa
Anası Saray xanım
Həyat yoldaşı I Əbdülməcid
Uşaqları Abdullah Əfəndi
Nailə Sultan
Dini sünnilik

Həyatı

Şayəstə xanım 1838-ci ildə Abxaziyanın Suxumi bölgəsində dünyaya gəlmişdir. Atası abxaz əsilli Tataş bəy İnalpa, anası isə onun xanımı Saray xanım idi. Valideynlərini erkən yaşda itirən Şayəstə xanım və bacısı Fatma Mihrifələk xanım əmisi tərəfindən İstanbula gətirildi və Osmanlı sarayındakı həmyerlisinə təhvil verildi. Burada əsl türk-İslam tərbiyəsi alan bacılar gənclik illərini Topqapı sarayının hərəmində keçirdi. 14 yaşına çatan Şayəstə xanım 1852-ci ildə Sultan Əbdülməcidlə evləndirildi.

Evləndikdən bir il sonra oğlu Abdullah Əfəndini dünyaya gətirsə də, şahzadə 9 yaşında vəfat etdi. 1856-cı ildə o, ikinci övladı Nailə Sultanı dünyaya gətirdi. Övladlarının dünyaya gəlişindən sonra məsrəflərini artıran Şayəstə xanım bu həyat tərzini 1861-ci ildə ərini itirdikdən sonra da davam etdirdi. Sultan Əbdülməcidin digər xanımı Gülüstü xanımın vəfatından sonra azyaşlı oğlu Mehmed Vahidəddin Əfəndini də öz himayəsinə almışdır. Ərinin vəfatından sonra övladlarıyla birlikdə Çəngəlköydəki sarayda yaşamağa başladı. Bütün qohumlarını və yaxınlarını sarayda yerləşdirən Şayəstə xanım qızı Nailə Sultanı da 1880-ci ildə Dolmabağça sarayında həmyerlisi olan Çərkəz Mehmed Paşa ilə evləndirdi.

Sultan Əbdülməcidin ən uzunömürlü xanımlarından biri olan Şayəstə xanım 11 fevral 1912-ci ildə Çəngəlköy sarayında vəfat etdi və Yəhya Əfəndi türbəsində dəfn olundu.

Məsrəfləri və borclanmaları o qədər çox idi ki, 1874 və 1892-ci illərdə borcluları ilə məhkəməlik olmuşdu. Ancaq saray daima onun bu problemlərini həll etmişdir. Ölümündən bir ay öncə ögey oğlu Sultan Rəşada məktub yazaraq yaşadığı Fəriyə sarayının təmirə ehtiyacı olduğunu, özünün isə müvəqqəti olaraq Çəngəlköy sarayına köçdüyünü bildirdi. Ancaq bu istəyi yerinə yetirilmədən vəfat etdi.

Övladları

  • Abdullah Əfəndi (d. 3 fevral 1853 — ö. 1862)
  • Nailə Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şayəstə Qadınəfəndi haqqında məlumat. Şayəstə Qadınəfəndi nədir? Şayəstə Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Başqırdlar

  • Fevral 27, 2026

    Rosids

  • Fevral 26, 2026

    Gellər

  • Fevral 27, 2026

    Çatalca

  • Fevral 27, 2026

    Vilyam Lassel

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst