Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı – 1861, İstanbul) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed

Gülüstü Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Gülüstü Qadınəfəndi

Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı – 1861, İstanbul) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası.

Gülüstü Qadınəfəndi
türk. Gülüstü Kadın Efendi
Şəxsi məlumatlar
Doğum tarixi 1831(1831)
Doğum yeri
  • Suxumi, Abxaziya knyazlığı
Vəfat tarixi 1861(1861) (29–30 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi Yoluxucu xəstəliklər
Dəfn yeri
  • Fateh məscidi
Atası Tahir bəy Şervaşidze
Anası Afisə xanım Lakerba
Həyat yoldaşı
  • I Əbdülməcid (1854–1861)
Uşaqları Zəkiyə Sultan
Fəhimə Sultan
Mədiha Sultan
VI Mehmed Vahidəddin
Ailəsi Şervaşidze sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir.

Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir. Sultan Əbdülməcidin qızlarının dəfn olunduğu Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir. Türbəsini vəfatından öncə inşa etdirmişdir. Sultan Vahidəddinin qızı Sabiha Sultanın xatirələrində yazdığına görə, nənəsi vəfat etdiyi əsnada atası 4 yaşına idi. Ancaq bir çox mənbədə Gülüstü xanımın vəfat tarixi 1861-ci ilin may ayı olaraq qeyd olunur.

Oğlu Mehmed Vahidəddin Əfəndi anasının ölümündən 57 il sonra taxta çıxmış, bu səbəblə Gülüstü Qadınəfəndi validə sultan ola bilməmişdir.

Övladları

  • Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856) — Gülüstü Qadınəfəndi türbəsinə dəfn edildi.
  • Fəhimə Sultan (d. 24 fevral 1855 - ö. 10 dekabr 1856) — Gülüstü Qadınəfəndi türbəsinə dəfn edildi.
  • Mədiha Sultan
  • VI Mehmed Vahidəddin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülüstü Qadınəfəndi haqqında məlumat. Gülüstü Qadınəfəndi nədir? Gülüstü Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əşərilər

  • Fevral 27, 2026

    Mehdi Məmmədov

  • Fevral 23, 2026

    Soul

  • Fevral 27, 2026

    Elektronik musiqi

  • Fevral 27, 2026

    Batman

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst