Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pavil Nedved (30 avqust 1972[…], Xeb) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edili

Pavel Nedved

  • Ana Səhifə
  • Vikipediya
  • Pavel Nedved

Pavil Nedved (30 avqust 1972[…], Xeb) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir. O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb.

Pavel Nedved
məsri. Pavel Nedvěd
Ümumi məlumatlar
Doğum tarixi 30 avqust 1972(1972-08-30)[…] (53 yaş)
Doğum yeri
  • Xeb, Xeb rayonu[d], Çexoslovakiya
Vətəndaşlığı
  •  Çexiya
Boyu 177 sm
Çəkisi 70 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası
1989–1992 Dukla Praqa 19 (3)
1991–1992 Dukla Praqa 19 (3)
1992–1995 Sparta Praqa 97 (23)
1995–1999 Latsio 138 (33)
1999–2009 Yuventus 247 (51)
Milli yığma
1992–1993 Çexoslovakiya U-21 7 (0)
1994–2006 Çexiya 91 (18)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb. İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb.

O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər.

Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir.

Mündəricat

Həyatı

30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.

Karyerası

Nedved futbolçu karyerasına doğma Çexoslovakiyada başlayıb. Kiçik yaşlarından futbol azarkeşi olan o, 1977-ci ildə 5 yaşında Skalnanı təmsil edən "Tatran" klubunda oynamağa başlayıb. Nedved 1985-ci ildə Xeb şəhərini təmsil edən "Rudá Hvězda Cheb" klubuna keçir. Burda göstərdiyi istedadı ilə digər klubların marağını çəkən Pavel Nedved, Pilzeni təmsil edən "Şkoda Plzen" klubuna dəvət edilir.

1990-cı ildə Nedved hərbi xidmətinin bir hissəsi olaraq Çexiya ordusunun idarə etdiyi "Dukla Praqa" klubuna icarəyə verildi. 28 oktyabr 1991-ci ildə Nedved "Dukla Praqa"nın heyətində ilk oyununa çıxır. Hərbi xidməti bitirdikdən sonra 1992-ci ildə "Sparta Praqa" klubuna transfer oldu. Pilzen klubuyla Praqa klubunun arasında olan müqaviləyə görə Nedved xarici kluba keçərsə, Pilzen transfer haqqının 30%-ni almalı idi.

Nedved "Sparta"da 4 il keçirir və meydana çıxdığı 97 oyunda 23 dəfə fərqlənir.

1996-cı ildə təşkil olunmuş Avropa Çempionatındakı gözəl oyunundan sonra İtaliyanın "Latsio" klubuna transfer edilir. Nedved İtaliya klubu ilə 1,2 milyon lirə müqabilində dörd illik müqavilə imzaladı. 7 sentyabr 1996-cı ildə Bolonya ilə matçda "Latsio"nun heyətində A Seriyasında debüt etdii. Oktyabrın 20-də İtaliyada ilk qolunu "Kalyari"yə vurdu. Həmin mövsüm Nedved liqada "Latsio"nun heyətində yeddi dəfə qol vurdu.

Nedved "Latsio"nun heyətində liqada 137 oyunda meydana çıxaraq 33 qol vurur.

2001-ci ilin yayında Nedved 38,7 milyon avroya Turin "Yuventus"una keçir. Karyerasının sonuna kimi "Yuventus"un formasını geyinən futbolçu, burada meyda çxdığı 247 oyunda 51 qol vurur.

Uğurları

Komanda

"Sparta Praqa"

  • Çexoslovakiya çempionu: 1992/93
  • Çexiya çempionu (2): 1993/94, 1994/95
  • Çexiya Kubokunun qalibi: 1996

"Latsio"

  • İtaliya çempionu: 1999/00
  • İtaliya kubokunun qalibi (2): 1997/98, 1999/00
  • İtaliya Superkubokunun qalibi (2): 1998, 2000
  • Kuboklar Kubokunun qalibi: 1998/99
  • UEFA Super Kubokunun qalibi: 1999

"Yuventus"

  • İtaliya çempionu (2): 2001/02, 2002/03, 2004/05, 2005/06 (son 2 titul ləğv edildi)
  • İtaliya Superkubokunun qalibi (2): 2002, 2003
  • UEFA Çempionlar Liqasının finalçısı: 2003

"Çexiya milli komandası"

  • Vitse Avropa Çempionu 1996
  • 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı

Fərdi

  • Qızıl topun qalibi (Fransa Futbol): 2003
  • Çexiyada ilin futbolçusu (4): 1998, 2000, 2003, 2004
  • Çex "Qızıl Topu" (6): 1998, 2000, 2001, 2003, 2004, 2009
  • İtaliyada ilin futbolçusu: 2003
  • 2004 "Qızıl Ayaq" Mükafatı Qalibi
  • UEFA İlin Yarımmüdafiəçisi: 2003
  • UEFA-ya görə Avropanın simvolik komandasına daxil edilib (3): 2003, 2004, 2005
  • ESM üzrə 2 dəfə Avropanın simvolik komandasına daxildir: 2001, 2003
  • "World Soccer"ə görə Dünyanın ən yaxşı futbolçusu: 2003
  • "Guerin Sportivo"ya görə İtaliyada ilin futbolçusu: 2003
  • İtaliyada ilin ən yaxşı əcnəbi futbolçusu: 2003
  • 2004-cü il Avropa çempionatının nəticələrinə görə simvolik komandaya daxil edilib (UEFA-nın məlumatına görə)
  • FIFA 100 siyahısındadır

Oyun statistikası

Klub

Sources: Liqa oyunları, Yuventus heyətində İtaliya kuboku, Avropa statistikası
Klublara görə oyun və qol sayı
Klub Sezon Liqa Kubok Avropa Digər Toplam
DvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Dukla Praqa 1991–92 Çexoslovakiya birinci liqası 193——193
Sparta Praqa 1992–93 Çexoslovakiya birinci liqası 17050—220
1993–94 Çexiya birinci liqası 23340—273
1994–95 Çexiya birinci liqası 27620—296
1995–96 Çexiya birinci liqası 301484—3819
Total 97231950011628
Latsio 1996–97 A Seriyası 3273132—3810
1997–98 A Seriyası 261162112—4315
1998–99 A Seriyası 211408411346
1999–2000 A Seriyası 2856112110477
2000–01 A Seriyası 31931103104513
Total 1383322544123120751
Yuventus 2001–02 A Seriyası 3244070—3810
2002–03 A Seriyası 29910155104315
2003–04 A Seriyası 306406210346
2004–05 A Seriyası 27710103—477
2005–06 A Seriyası 3354082104513
2006–07 B Seriyası 331131——3612
2007–08 A Seriyası 31221——333
2008–09 A Seriyası 3273090—447
Total 2475122255123032765
Career total 5011104471182961669147
  1. UEFA Kuboklar Kuboku oyunları
  2. UEFA Çempionlar Liqası oyunları
  3. UEFA Kuboku oyunları
  4. İtaliya Superkuboku oyunu
  5. Uefa Super Kuboku oyunu

Milli komanda

Milli komandada oyun və qol sayı
Milli komandaİlOyunQol
Çexiya 199410
199540
1996122
1997102
199831
199992
2000104
2001114
200260
200382
200490
200520
200661
Total9118

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pavel Nedved haqqında məlumat. Pavel Nedved nədir? Pavel Nedved nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Radar

  • Fevral 27, 2026

    Pirojna

  • Fevral 23, 2026

    Aryej

  • Fevral 23, 2026

    Düz xətt

  • Fevral 27, 2026

    Politbüro

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst