Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marian Reevskiy (pol. Marian Adam Rejewski; 16 avqust 1905, Bıdqoş, Kuyaviya-Pomoraniya voyevodluğu[d] – 13 fevral 1980, Varşava) — polşalı riyaziyyatçı və krip

Marian Reyevski

  • Ana Səhifə
  • Vikipediya
  • Marian Reyevski

Marian Reevskiy (pol. Marian Adam Rejewski; 16 avqust 1905, Bıdqoş, Kuyaviya-Pomoraniya voyevodluğu[d] – 13 fevral 1980, Varşava) — polşalı riyaziyyatçı və kriptoqraf. O, 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra İkinci Dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib.

Marian Reyevski
Doğum adı Marian Adam Rejewski
Doğum tarixi 16 avqust 1905(1905-08-16)
Doğum yeri
  • Bıdqoş, Kuyaviya-Pomoraniya voyevodluğu[d], Polşa
Vəfat tarixi 13 fevral 1980(1980-02-13) (74 yaşında)
Vəfat yeri
  • Varşava, Varşava voyevodluğu[d], Polşa Xalq Respublikası
Vəfat səbəbi ürək tutması
Elm sahələri riyaziyyat, kriptoqrafiya
Təhsili
  • Göttingen Universiteti (1929–1930)
Mükafatları +
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi. O, yalnız bir neçə həftədən sonra maşının gizli daxili məftilinin olduğu nəticəsinə gəlib. Reevskiy və onun iki həmkarı sonralar Eniqma məlumatlarının düzgün oxunması üçün bir sıra üsullar işlənib hazırlamışdır. Onun nailiyyətləri kriptolocik bomba və özünün kəşf etdiyi siklometr əsasında çıxarılmış kriptolocik kart kataloquna daxil edilib.

1939-cu ildə Polşanın Almaniya tərəfindən işğalından beş həftə əvvəl Reevskiy və həmkarları Varşavaya çağrılıb və onlar Fransa və Britaniya kəşfiyyat nümayəndələrinə öz nailiyyətlərini təqdim edib. Müharibənin başlamasından az sonra Polşalı kriptoloqlar Fransaya aparılıb. Burada onlar Eniqmada şifrlənmiş məlumatların sındırılması üzərində işlərini davam etdiriblər. Onlar və onların köməkçi əməkdaşları 1940-cı ilin iyununda Fransanın süqutundan sonra yenidən köçməyə məcbur olub. Bundan bir neçə ay sonra onlar Vişi Fransasında gizli şəkildə işlərini davam etdirməyə başlayıblar. 1942-ci ilin noyabrında Fransada "Azad Zonanın" işğalından sonra Reevskiy və Zıqalskiy İspaniya, Portuqaliya və Cəbəllütariq vasitəsilə Böyük Britaniyaya qaçıb. Orada onlar Polşa Silahlı Qüvvələrində hərbi qulluğa daxil olublar və Alman şifrlərinin aşağı keyfiyyətli həlli üzərində işləmək üçün təyin eiliblər.

Müharibədən sonra Reevskiy Polşada ailəsinə yenidən qovuşub və mühasib vəzifəsində çalışıb. Təqribən iyirmi il ərzində o, Sovet hökumətinin mənfi diqqətindən yayınmaq üçün müharibədən əvvəl və müharibə vaxtı kriptoloq fəaliyyəti barədə susurdu. 1967-ci ildə Marian Reevskiy Şifr Bürosundakı fəaliyyəti ilə bağlı xatirələrini Polşa Hərbi Tarix İnstitutuna verməklə bu məsələdə öz səssizliyini pozub. O, 74 yaşında ürək tutmasından vəfat edib və o, Varşavada Povzki hərbi qəbiristanlığında dəfn edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marian Reyevski haqqında məlumat. Marian Reyevski nədir? Marian Reyevski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İnfrastruktur

  • Fevral 27, 2026

    Demokrat Partiyası

  • Fevral 27, 2026

    Leto (mifologiya)

  • Fevral 27, 2026

    Eskişehir

  • Fevral 25, 2026

    Taxıl

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst