Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiya

İKT

  • Ana Səhifə
  • Vikipediya
  • İKT

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin.

Beynəlxalq İKT Federasiyasına (IFGICT) uyğun olaraq Təhsilin Qiymətləndirilməsində İnformasiya və Kommunikasiya Texnologiyalarının (İnformasiyanın) İstifadəsinə dair Konsepsiya Xəritəsi

İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir.

İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir.

Mündəricat

Etimologiyası

"İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb. Bununla belə, 2012-ci ildə London Kral Cəmiyyəti Britaniya məktəblərində "İKT" termininin "çoxlu mənfi mənalar yaratması" səbəbindən istifadəsinin dayandırılmasını tövsiyə etdi. 2014-cü ildən Milli Kurikulumda kompüter proqramlaşdırmasının kurikuluma əlavə edilməsini əks etdirən "hesablama" (ing. computing) sözündən istifadə edilmişdir.

İfadənin variasiyaları bütün dünyaya yayılmışdır. Məsələn, BMT-nin "Birləşmiş Millətlər Təşkilatının İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə İşçi Qrupu" və daxili "İnformasiya və Kommunikasiya Texnologiyaları Ofisi" adlı qurumları mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İKT haqqında məlumat. İKT nədir? İKT nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mars (planet)

  • Fevral 27, 2026

    Himalay dağları

  • Fevral 27, 2026

    Dağ-tundra iqlimi

  • Fevral 27, 2026

    Ayaqlı təcnis

  • Fevral 27, 2026

    Genomika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst