Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəlaləddin Məhəmməd Dəvani (fars. جلال‌الدین دوانی‎; — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəva

Cəlaləddin Dəvani

  • Ana Səhifə
  • Vikipediya
  • Cəlaləddin Dəvani

Cəlaləddin Məhəmməd Dəvani (fars. جلال‌الدین دوانی‎; — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. Müəəlifin müxtəlif mövzulu 80-dən artıq əsəri mövcuddur.

Cəlaləddin Dəvani
Doğum tarixi 1426
Doğum yeri İran, Kazerun, Dəvvan kəndi
Vəfat tarixi yanvar, 1503
Vəfat yeri İran, Kazerun
Vəfat səbəbi xəstəlik
Dəfn yeri İran, Kazerun, Dəvvan kəndi
Atası Mövlana Səadəddin Əsəd
Fəaliyyəti şair, filosof, qazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İbtidai təhsilini doğulduğu Dəvan kəndində, dövrünün tanınmış alimlərindən biri olan atası Səadəddin Əsədin yanında almışdır. Daha sonra bir müddət Suzar dağının mağarasında təcrid həyatı yaşamış, ardınca elmi fəaliyyətini davam etdirmək məqsədilə Şiraz şəhərinə yollanmış, Mövlana Möhyəddin Kuşəkənarinin və Mövlana Həsənşah Baqqalın yanında təhsil almağa başlamışdır. Burada müxtəlif elmi sahələrində biliklərini təkmilləşdirmiş və həm sünni, həm də şiə məzhəbindən olan çevrələr tərəfindən ehtiramla qəbul edilən nüfuzlu alimlərdən birinə çevrilmişdir.

Cəlaləddin Məhəmməd Dəvaninin məqbərəsi

Müəyyən dövrdə siyasi fəaliyyətlərlə də məşğul olmuş, Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Yusifin vəziri kimi fəaliyyət göstərmişdir. Lakin sonralar əsas diqqətini elmi fəaliyyətə yönəltmişdir. Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Fars vilayətinin Qaziül-quzzatı (baş qazisi) vəzifəsinə təyin olunmuşdur. Sultan Yaqubun vəfatından sonra da Fars vilayətində tədris fəaliyyətini davam etdirmişdir.

Alim 1503-cü ilin yanvar ayında qısa sürən bir xəstəlik nəticəsində, 78 yaşında vəfat etmişdir. Məqbərəsi doğma yurdu olan Dəvan kəndində yerləşir.

Əsərləri

  1. Əxlaqi Cəlali
  2. Ərznamə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlaləddin Dəvani haqqında məlumat. Cəlaləddin Dəvani nədir? Cəlaləddin Dəvani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muradbəyli (Sabirabad)

  • Fevral 26, 2026

    Internet Explorer

  • Fevral 27, 2026

    Sian

  • Fevral 27, 2026

    Gratiola officinalis

  • Fevral 25, 2026

    Radioaktivlik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst