Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elçin Hüseynbəyli (23 dekabr 1961, Mahmudlu, Cəbrayıl rayonu) — yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının baş redakt

Elçin Hüseynbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli (23 dekabr 1961, Mahmudlu, Cəbrayıl rayonu) — yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının baş redaktoru (2004–2014), "Ədəbiyyat qəzeti"nin baş redaktoru (2014). Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri (2014), AYB-nin katibi (2021), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019).

Elçin Hüseynbəyli
Təxəllüsü Qaraçuxa
Doğum tarixi 23 dekabr 1961(1961-12-23) (64 yaş)
Doğum yeri
  • Mahmudlu, Cəbrayıl rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı
Əsərlərinin dili azərbaycanca
Tanınmış əsəri
  • Şah Abbas
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20192019

Mündəricat

Həyatı

Elçin Hüseynbəyli 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980–1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçib, "əlaçı əsgər" döş nişanına layiq görülüb.

1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.

2004-cü ilin mayında AYB sədri Anarın təqdimatı ilə "Ulduz" jurnalının baş redaktoru seçilmiş, 27 mart 2014-cü ilədək bu vəzifədə çalışmışdır. "Ədəbiyyat qəzeti"nin baş redaktoru, AYB sədrinin müşaviri olmuşdur. 2021-ci ildə AYB katibi seçilmişdir. Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: "Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orijinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir".

E. Hüseynbəyli haqqında ölkənin ən tanınmış ədəbiyyat adamları 200-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur.

Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir.

2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.

2001-ci ildə "Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri", 2007-ci ildə "Humay", 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" (nəsr üzrə ilk nominant kimi), Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Qızıl ulduz" medalına, "Nizami Gəncəvi" adına medala, Medianın 150 illiyi medalına, Türksoyun "Çingiz Aytmatov" və "Məhdimqulu" medalına, eləcə də bir sıra ədəbi ödüllərə layiq görülüb. O, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasınnı fəxri doktorudur.

Hekayə və romanları ali və orta məktəblərdə tədris olunur.

Birinci Qarabağ savaşında hərbi müxbir kimi fəaliyyəti genişmiqyaslıdır.[mənbə göstərilməlidir]

"Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "Yenə iki Od arasında", "Gözünə gün düşür", "Ağ və qara", "Vida", , "Pərixan", "Gültəkin xaqan", "Dənizin nağılları", "Banuçiçəyin rəngli yuxuları" kitablarının, on üç romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.

Onun roman və dram əsərləri əsasən sintetik janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.

Kitabları Türkiyə, İran, Rusiya, Litva, Özbəkistan, Qırğızıstan, Tatarıstan və Gürcüstanda nəşr olunub.

Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.

Azərbaycan Yazarlar Klubunun yaradıcısıdır. Klub əsasən Qarabağ münaqişə bölgəsində layihələr həyata keçirib. Sənət adamlarının münaqişə bölgəsinə səfərlərini təşkil edib.

Pyesləri ölkə içində və dışında dəfələrlə oynanılıb.

24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.

Evlidir. İki övladı var, siyasi mənsubiyyəti yoxdur. Mərkəzçidir.

Əsərləri

  1. Rəqs edən oğlan, Bakı, Adiloğlu, 2001, 200s.
  2. İki nəfər üçün oyun (Pyeslər), Bakı, Adiloğlu, 2005, 560s
  3. Cənab XXI əsr, Bakı, "Adiloğlu, 2005, 525 s.
  4. Yovşan qağayılar (roman və hekayələr), Bakı, Adiloğlu, 2005, 344s
  5. Şah Abbas, Bakı, Adiloğlu, 2008, 368 s.
  6. Şah Abbas, Bakı, Qələm, 2009
  7. Metro vadisi, Bakı, Vektor, 2009, 390s.
  8. On üçüncü həvari-141-ci Don Juan, Bakı, Adiloğlu, 2007, 376 s.
  9. Şimallı gəlin (hekayələr)/ "525 Kitab seriyası", Bakı, Mütərcim, 2010,52 s.
  10. Metro vadisi, Bakı, Qələm,2013
  11. Balıq adam, Bakı, Qələm, 2013
  12. Azıx, Bakı, Qələm, 2013
  13. Firuzə qaşlı xəncər, 2013
  14. Aişə, Bakı, Qələm, 2014
  15. Onüçüncü həvari- 141-ci Don Juan, Bakı, Qələm, 2013
  16. Yenə iki od arasında, Bakı, Qələm, 2017
  17. Gözünə gün düşür, Bakı, Yeni poliqrafist, 2018
  18. "Vida" roman 2021 (Qələm nəşr)
  19. "Pərixan" roman - 2024 (Qələmnəşr)
  20. "Gültəkin xaqan" roman - 2025 (Zərdabi nəşr)
  21. Uşaqlar üçün: "Dənizin nağılları" (azərbaycan türkcəsində və rus dilində) 2021, Qələm Nəşriyyatı
  22. "Banuçiçəyin rəngli yuxuları" (azərbaycan türkcəsində və rus dilində) 2024, Qələm Nəşriyyatı
  23. Türkiyə türkcəsində : 1. Sılaya Dönüş, Ankara, (Çevirenler: İmdat Avşar, Ömer Küçükmehmetoğlu)"Bengü", 2011 ; 2. Azerbaycanlı Don Juan (Çeviren: Cumhur Turan), İleri Yayınları, 2013 3. Şah Abbas (Çeviren: Cumhur Turan), İleri Yayınları, 2013
  24. "Xəzərin sahillərində" - Yasemin Bayər.
  25. Rusca: 1. "Шаги командора, или 141-й Дон Жуан" (Перевод: Сиявуш Мамедзаде), Баку, Перо, 2013; 2. "Игра в…" Баку, Мутарджим, 2019
  26. Litvaca: Pılkojo Asılo Laıskaı (Apsakymai), Vilnius, 2017
  27. İran İslam Respublikasında: "Babam, nənəm və kommunizm", "Nar", "Metro vadisi" kitabları.
  28. Tatarıstan - "Oyun" (2025)
  29. Qırğızıstan - "Alına yazılanlar" - 2024
  30. Tiflis - "Kəndə gün çıxanda qayıdacağıq". (2012)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elçin Hüseynbəyli haqqında məlumat. Elçin Hüseynbəyli nədir? Elçin Hüseynbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aşağı Aralıq

  • Fevral 27, 2026

    Boksçu

  • Fevral 26, 2026

    Ölüm dərəsi

  • Fevral 27, 2026

    Ermənistan iqtisadiyyatı

  • Fevral 25, 2026

    Kuala-Lumpur

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst