Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vegetasiya-cücərmə, boy atma və yetişmə; bitkinin aktiv fəaliyyəti halı (sakitlik halından fərqli olaraq).

Vegetasiya

  • Ana Səhifə
  • Vikipediya
  • Vegetasiya

Vegetasiya-cücərmə, boy atma və yetişmə; bitkinin aktiv fəaliyyəti halı (sakitlik halından fərqli olaraq).

Mündəricat

Vegetasiya dövrü

Vegetasiya dövrü il ərzində hər hansı bir iqlim şəraitində bitkinin boy artımı və inkişafı (vegetasiya) mümkün olduğu dövrdür. Mülayim iqlim şəraitində bu dövr axırıncı yaz soyuqlarından ilk payız soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə bütün ilboyu davam edir. Azərbaycanda vegetasiya dövrü tərəvəz üçün 90–120, üzüm üçün 208–239, pambıq üçün 130–140, payızlıq taxıl üçün 230–306, yarpağı tökülən ağac və kollar üçün 220–260, həmişəyaşıl bitkilər üçün isə 365 gün (bütün ilboyu) hesab olunur.

Vegetasiya üsulu

Vegetasiya üsulu bitkilərin vegetasiya evi və laboratoriya şəraitində becərilməsi üsuludur. Vegetasiya üsulu qida maddələrinin fizioloji rolu, onların bitki orqanizminə daxil olması, mühit reaksiyasının (pH), işığın, temperaturun, aerasiyanın, müxtəlif suvarma normalarının, gübrələrin, torpaqdakı zərərli duzların bitkiyə təsiri, bitkilərin kimyəvi vasitələrlə mühafizə edilməsi və s. məsələlər dəqiq öyrənilir. Müxtəlif amillərin bitki üçün əhəmiyyətini müəyyən etməkdən ötrü vegetasiya qablarına torpaq, təmiz kvars qumu, yaxud distillə edilmiş su (su kulturasında) doldurulur. Vegetasiya üsulu ilə alınmış məlumat tarla şəraitində yoxlanılır.

Vegetativ hibritləşdirmə

Vegetativ hibritləşdirmə calanmış bitkidə calaqla calaqaltının qarşılıqlı təsiridir. Onların bir-birinə təsiri uzunmüddətli olsa da , vegetativ hibritləşdirmədə əsas növ xüsusiyyətləri dayişmir. Calaq və calaqaltı öz cinsi xüsusiyyətlərini saxlayır və cinsi çoxalmada bu xüsusiyyətlər nəslə keçmir. Vegetativ hibritləşdirmə üsulunu İ.V.Miçurin işləyib hazırlamışdır.

Vegetativ orqanlar

Vegetativ orqanlar bitki orqanizminin yaşayışını və qidalanmasını təmin edən hissələrdir. İbtidai bitkilərdə vegetativ cisim (tallom) bir hüceyrədən ibarət olub, orqanlara ayrılmır. Alaq bitkilərində əsas vegetativ orqanlar kök, gövdə və yarpaqdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vegetasiya haqqında məlumat. Vegetasiya nədir? Vegetasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Apiaceae

  • Fevral 27, 2026

    Dərələyəz

  • Fevral 20, 2026

    Derventa

  • Fevral 27, 2026

    Talassa

  • Fevral 27, 2026

    Gergebil rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst