Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zanbaqkimilər fəsiləsinin nümayəndələri əksərən çoxillik otlar, kökümsovlu və ya soğanaqlı bitkilərdir. Yarpaqları növbəli düzülüşlü, tam və nadir hallarda kəna

Liliaceae

  • Ana Səhifə
  • Vikipediya
  • Liliaceae

Zanbaqkimilər (lat. Liliaceae) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Zanbaqkimilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Zanbaqçiçəklilər
Fəsilə:
Zanbaqkimilər
Beynəlxalq elmi adı
  • Liliaceae Juss., 1789[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  42633
NCBI  4677
EOL  4174
FW  

Zanbaqkimilər fəsiləsinin nümayəndələri əksərən çoxillik otlar, kökümsovlu və ya soğanaqlı bitkilərdir. Yarpaqları növbəli düzülüşlü, tam və nadir hallarda kənarları dişli, kökətrafı yarpaqlıdırlar. Çiçəklər əsaəsən ikicinsli, aktinomorf, müxtəlif tipli çiçəkqrupuna toplanmış və ya tək-təkdirlər. Çiçəkyanlığı 2 dairədə düzülüb, 3 üzvlü olub, tac və ya kasacıq şəkillidir. Erkəkciklər 6 ədəd olub, 2 dairədə yerləşir. Erkəkcik sapları sərbəst və ya birləşmişdir. Dişiciyi 3 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, sütuncuğu adətən bir, bəzi növlərdə isə 3 olur. Toxumlar endospermlidir. Entomofil bitkilərdir, nektar yumurtalığın arakəsmələrindən ifraz olunur. Bəzən çiçəkyanlığının yarpaqlarında xüsusi nektarlıqlar olur.

Bütün dünyada yayılmış 220 cinsi və 3500 növü vardır. Yer kürəsinin bütün floralarında rast gəlinən geniş yayılmış fəsilədir. Azərbaycan Respublikası ərazisində aran bölgələrdən başlamış yuxarı dağ qurşağına qədər 25 cinsdə təmsil olunmuş 150-ə qədər növü yayılmışdır.

Zanbaqkimilər bir sıra yarımfəsilələrə bölünür:

  • Çirişkimilər (Asphodeloideae)
  • Zanbaqkimilər (Lilioideae)
  • Qarçiçəyikimilər (Scilloideae)
  • Soğankimilər (Allioideae)
  • Qulançarkimilər (Asparagoideae)
  • Qızılcakimilər (Smilacoideae)

Zanbaqkimilərdən müxtəlif məqsədlər üçün istifadə olunur. Belə ki, iri, gözəl çiçəklərinə görə bağçılıqda istifadə olunan bitkilərə zanbaq, dağlaləsi, hiassintlər, çiriş və digər cinslərin nümayəndələrini misal göstərmək olar.

Tərəvəz bitkilərinə adi soğan (Allium cepa) və vegetativ yolla çoxalan sarımsaq (A.sativum) daxildir. Bəzi zanbaqkimilər dərman əhəmiyyətlidir. Xalq təbabətində inciçiçəyinin tərkibindəki zəhərli qlükozidlər ürək xəstəliklərinin müalicəsində istifadə olunur. Aloyenin yarpaqlarından alınan ekstraktı irinli yaraların müalicəsində, göz xəstəliklərində istifadə edirlər.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Liliaceae haqqında məlumat. Liliaceae nədir? Liliaceae nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Charley ATL

  • Fevral 27, 2026

    Endi Vilyams

  • Fevral 27, 2026

    Lordegan şəhristanı

  • Fevral 27, 2026

    Şərif Vəlizadə

  • Fevral 27, 2026

    Sarvan (Borçalı)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst