Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dondarlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələ

Dondarlı (Qubadlı)

  • Ana Səhifə
  • Vikipediya
  • Dondarlı (Qubadlı)

Dondarlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir..

Dondarlı
39°18′20″ şm. e. 46°36′32″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Dondarlı xəritədə
Dondarlı
Dondarlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Zəngəzur qəzası 1 yanvar 1903-ci illər xəritəsi. Dundarlı

Mündəricat

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Toponimikası

Dondarlı kəndi Bərgüşad çayının (Bazarçay) sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi–Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etnonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır.

Dondarlı məscidi

Dondarlı kəndindəki Dondarlı məscidi dövrümüzə rayon işğal olunana qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. (Erməni işğalından sonra, məscid ibadət etmək üçün yararsız vəziyyətə salınmış, içərisində ev heyvanları saxlanılmışdır.)

Yerli inşaat materialları ilə tikilmiş Dondarlı məscidi, kənddə fəaliyyət göstərən klubun yaxınlığında yerləşir. Məscidin qapısı hündürlüyünə qədərki məsafədən bütün divarları boyu üfüqi səmtdə aparılmış relyefli qurşaq, onu uzaqdan ikimərtəbəli kimi göstərsə də, bina bir mərtəbəli binadır. Təqribən bir metrlik kürsü üzərində inşa edilib. Eni 2 metrə çatan eyvandan birbaşa ibadət zalına qapı açılır. Giriş qapısı yuxarıdan yarım dairəvi tağbəndlə tamamlanır. Həmin qapının sol yanında kiçik ölçülü nişa var. Nişanın sağ və sol tərəflərində isə dairəvi formada daşlar qoyulub üzərinə kitabələr yazılmışdır Dondarlı məscidinin ibadət zalında dörd ədəd daş sütunlar qoyulub. Sütunlara kömək məqsədilə yan divarlar üzərində playstrlar quraşdırılmışdır. Onlar zalın üstünü örtən gümbəzlərin daha da möhkəm (möhtəşəm) dayanıqlı olmasına şərait yaradır. Ancaq məscidin interyerindən baxanda bu mənzərənin şahidi oluruq. Onun dam tərəfdən örtüyü isə Şuşa, Ağdam, Füzuli və s. şəhərlərinin məscidlərində olduğu kimi yamaclı formada həll edilmişdir. XVIII–XIX əsrin yadigarı olan Dondarlı məscidi Qarabağın qədim islam memarlığının gözəl nümunəsidir.

Əhalisi

Görkəmli şəxsləri

  • Bəhlul Behcət (1869–1938) — İlahiyyatçı, tarixçi və folklorşünas alim.
  • Sirac Abışov

Həmçinin bax

  • Dondarlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dondarlı (Qubadlı) haqqında məlumat. Dondarlı (Qubadlı) nədir? Dondarlı (Qubadlı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Seneqal

  • Fevral 23, 2026

    BIOS

  • Fevral 27, 2026

    Hövsan qəbiristanlığı

  • Fevral 27, 2026

    Neretva çayı

  • Fevral 23, 2026

    30 avqust

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst