Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü. Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər.

Akvamarin

  • Ana Səhifə
  • Vikipediya
  • Akvamarin

Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü. Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər.

Akvamarin
Ümumi məlumatlar
Kateqoriya Silikatlar, Beril
Formul
(təkrarlanan vahid)
Be3Al2Si5O18
Xüsusiyyətləri
Rəng Solğun-mavidən açıq yaşıla qədər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akuamarin Be3Al2Si6O18 kimyəvi tərkibinə malikdir və həmçinin Fe2+ ehtiva edir. Mineral Moos şkalası ilə 7,5 ilə 8 arasında sərtliyə malikdir. Akvamarin əsasən heç bir qarışıq ehtiva etməsə də, mika, hematit və ya duzlu su kimi birləşmələrdən ibarət qarışıqlara malik ola bilər.

Akvamarin qiymətli daşdır.

Mündəricat

Etimologiyası

Akvamarin adı latınca "su" mənasını verən aqua və "dəniz" mənasını verən marina sözlərindən yaranmışdır. "Aquamarine" sözü ilk dəfə 1677-ci ildə istifadə edilmişdir.

Dəyər

Akvamarinin dəyəri onun çəkisi, rəngi, kəsimi və parlaqlığı ilə müəyyən edilir. Mineral nisbi bolluğuna görə adətən zümrüd və ya biksbit (qırmızı beril) kimi beril qrupuna daxil olan digər qiymətli daşlarla müqayisədə nisbətən daha ucuz, mavi topaz kimi oxşar rəngli qiymətli daşlardan isə daha bahalıdır. Mavi rəngi təbii olaraq meydana gəlmiş akvamarin nümunələri tərkibindəki dəmir ionunun yaratdığı sarı tonları azaltmaq üçün süni olaraq istiliyə məruz qoyulmuş nümunələrdən daha bahadır.

Mədəniyyətdə

Akvamarin rənginə görə tarixən gənclik və xoşbəxtlik simvolu kimi istifadə edilmiş, həmçinin bu rəng ona adını da verməklə birlikdə Qərb mədəniyyətinin onu okeanla əlaqələndirməsinə səbəb olmuşdur. Qədim Romalılar akuamarinin dənizlə səyahət edən insanları qorudğuna inanır, ondan həmçinin xəstəliklərdən qorunmaq üçün istifadə edirdilər.

Çinlilər ondan möhürlər, heykəlciklər və qravürlər, yaponlar isə netsuke hazırlamaq üçün istifadə edirdilər.

Tapılma

Akvamarin Əfqanıstan, Çin, Keniya, Pakistan, Rusiya, Mozambik, ABŞ, Braziliya, Nigeriya, Madaqaskar, Zambiya, Tanzaniya, Şri Lanka, Malavi, Hindistan, Zimbabve, Avstraliya, Myanma və Namibiya kimi ölkələrdə tapıla bilər. Braziliyanın Minas-Jerays ştatı akvamarin üçün əsas mənbədir.

Akvamarin əsasən qranit peqmatitlərində tapılır. O, həmçinin hidrotermal aktivliklə minerallaşmış metamorfik süxurlarda da tapıla bilər.

Qalereya

  • İşlənmiş akvamarin
    İşlənmiş akvamarin
  • Akvamarin mədəni
    Akvamarin mədəni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akvamarin haqqında məlumat. Akvamarin nədir? Akvamarin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şeytan

  • Fevral 27, 2026

    Sundar Piçay

  • Fevral 27, 2026

    Frankfurt-Mayn

  • Fevral 27, 2026

    İbrahim Topçubaşov

  • Fevral 27, 2026

    Tikrit

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst