Alı Nüşrəvan oğlu Alıyev (4 yanvar 1955, Qaryagin) — Füzuli rayonu İcra hakimiyyətinin başçısı, "Şöhrət" ordeni (2014) və "Tərəqqi" medalı laureatı (2009).
| Alı Alıyev | |
|---|---|
| Alı Nüşrəvan oğlu Alıyev | |
| |
Vəzifədədir | |
| 25 fevral 2011-ci ildən | |
| Əvvəlki | Nəbi Muxtarov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 4 yanvar 1955 (71 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır.
1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır.
25 fevral 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Təltif və mükafatları
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2009-cu il tarixli 311 saylı sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ailəsi
Ailəlidir. İki övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alı Alıyev haqqında məlumat. Alı Alıyev nədir? Alı Alıyev nə deməkdir?
