Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asəf Zeynallı (5 aprel 1909, Dərbənd, Dağıstan vilayəti – 27 oktyabr 1932, Bakı) — Azərbaycan bəstəkarı.

Asəf Zeynallı

  • Ana Səhifə
  • Vikipediya
  • Asəf Zeynallı

Asəf Zeynallı (5 aprel 1909, Dərbənd, Dağıstan vilayəti – 27 oktyabr 1932, Bakı) — Azərbaycan bəstəkarı.

Asəf Zeynallı
Asəf Zeynalabdin oğlu Zeynallı
Ümumi məlumatlar
Doğum tarixi 5 aprel 1909(1909-04-05)
Doğum yeri
  • Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 27 oktyabr 1932(1932-10-27) (23 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Partnyoru Kövkəb Səfərəliyeva
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Musiqi aləti piano
Təhsili
  • Bakı Musiqi Akademiyası,
  • Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.

Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir.

Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929–1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitası" silsiləsi, "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır. "İbtidai not savadı" adlı dərslik tərtib etmişdir.

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

O, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, yatalaq xəstəliyindən vəfat etmişdir. Çəmbərəkənd qəbiristanlığında dəfn olunmuş, sonralar "Qurd Qapısı" qəbiristanlığına köçürülmüşdür. Məzarının baxımsız vəziyyətdə olması bir neçə dəfə Azərbaycan mediasında gündəmə gəlib və tənqid edilib.

Asəf Zeynallı musiqiçi Kövkəb Səfərəliyeva ilə nişanlı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç vaxt ailə həyatı qurmayıb.

Asəf Zeynallının Bakıda yaşadığı evi
Asəf Zeynallı – Lirik Melodiya
Asəf Zeynallı – Lirik Melodiya

Media kömək
Asəf Zeynallı – Uşaq süitası
Asəf Zeynallı – Uşaq süitası, ifaçı Murad Adıgözəlzadə

Media kömək

Xatirəsi

Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

2000-ci ildə Azərbaycan televiziyasında Asəf Zeynallının həyat və yaradıcığından bəhs edən Asəf Zeynallı adlı qısametrajlı sənədli televiziya filmi istehsal edilmişdir.

Filmoqrafiya

  • Həyat romansı (film, 1971)
  • Asəf (film, 2021)
  • Bülbül və Asəf (film, 2021)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asəf Zeynallı haqqında məlumat. Asəf Zeynallı nədir? Asəf Zeynallı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Sloveniya bayrağı

  • Fevral 23, 2026

    Şimali Osetiya

  • Fevral 23, 2026

    Hicri-şəmsi təqvimi

  • Fevral 23, 2026

    Qəzzə zolağı

  • Fevral 14, 2026

    Bosfor

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst