Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yohannes Robert Ridberq (isv. Johannes Robert Rydberg; 8 noyabr 1854[…], Halmstad[d] – 28 dekabr 1919[…]) — 1888-ci ildə öz adını daşıyan Ridberq düsturunu tərt

Yohannes Ridberq

  • Ana Səhifə
  • Vikipediya
  • Yohannes Ridberq

Yohannes Robert Ridberq (isv. Johannes Robert Rydberg; 8 noyabr 1854[…], Halmstad[d] – 28 dekabr 1919[…]) — 1888-ci ildə öz adını daşıyan Ridberq düsturunu tərtib etməsi ilə tanınan isveçli fizikdir. Bu düstur hidrogen atomundakı elektronun enerji səviyyəsinin dəyişməsi nəticəsində şüalanan fotonların (görünən işıq və digər elektromaqnit şüalanmaların) dalğa uzunluğunu təsvir etmək üçün istifadə olunur.

Yohannes Ridberq
Doğum adı Johannes Robert Rydberg
Doğum tarixi 8 noyabr 1854(1854-11-08)[…]
Doğum yeri
  • Halmstad[d], İsveç
Vəfat tarixi 28 dekabr 1919(1919-12-28)[…] (65 yaşında)
Elm sahəsi fizika
İş yeri
  • Lund Universiteti (1880–1915)
Təhsili
  • Lund Universiteti
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1919)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Ridberq 8 noyabr 1854-cü ildə İsveçin cənubundakı Halmstad şəhərində Sven Ridberq və Mariya Anderson Ridberqin tək övladı olaraq dünyaya gəlmişdir. Onun 4 yaşı olanda atası vəfat etmiş və ailə az gəlirlə yaşamağa məcbur olmuşdur. 1873-cü ildə o, riyaziyyat və fizikadan yüksək qiymətlər aldığı Halmstad ibtidai məktəbindən məzun olmuşdur. Elə həmin il Lund Universitetinə daxil olmuş və iki il sonra bakalavr dərəcəsini almışdır. 1879-cu ildə "3 və 4 nöqtəli kontaktda konus kəsiklərinin konstruksiyası" mövzusunda dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür.

Ridberq karyerasına universitetdə amanuensis (köməkçi müəllim) kimi başlamışdır. 1880-ci ildə riyaziyyat üzrə dosent, 1882-ci ildə isə fizika üzrə dosent olmuşdur. Bu dövrdə o, standart atom çəkisini öyrənməyə başlamışdır, çünki Mendeleyevin dövri sistemindəki atomların çəkisinin görünən təsadüfi artımının səbəbi onu düşündürürdü. O, bir neçə il ərzində bunun üçün bir düstur axtarsa da, nəticə əldə edə bilməmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yohannes Ridberq haqqında məlumat. Yohannes Ridberq nədir? Yohannes Ridberq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəhiriyyə Kitabxanası

  • Fevral 25, 2026

    Brom

  • Fevral 25, 2026

    Keniya bayrağı

  • Fevral 24, 2026

    Nissalı Qriqori

  • Fevral 27, 2026

    Ən-Nasir Lidinillah

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst