Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir.[mənbə göstərilməlidir]
| Goranboy əməliyyatı | ||||
|---|---|---|---|---|
| Qarabağ münaqişəsi | ||||
| Tarix | 12 iyun 1992 – mart 1993 | |||
| Yeri | Goranboy rayonu və Tərtər rayonu bölgəsi | |||
| Nəticəsi | Azərbaycan Ordusu Dağlıq Qarabağ seperatçılarının müqavimətini sarsıtmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 % torpağını geri qaytarmışdır. Lakin ümumi strateji hədəfə çatmağa nail olmamışdır. | |||
| Münaqişə tərəfləri | ||||
| | ||||
| Komandan(lar) | ||||
| ||||
| Tərəflərin qüvvəsi | ||||
| ||||
| İtkilər | ||||
| ||||
| | ||||
Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır.
Hücumun başlanması
12 iyun 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücuma başlayır. Ümumi 4.000 nəfərdən ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlər nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq.
Əsas hücum
13 iyun 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər.
Ağdərə döyüşü
15 iyun 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başladı. Sərt müqavimətlə üzləşən Azərbaycan ordusu bir neçə gün ərzində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdi.[mənbə göstərilməlidir]
Ermənilərin ilkin əks-hücumları
25 iyun 1992-ci il, səhər saat 10:33 radələrində erməni könüllü dəstələri (Arabo, Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor) Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdilər. Gecə ikən, 65 nəfərdən ibarət Aramo dəstəsi və əlavə 10 könüllü Qızıloba kəndini yenidən işğal etdilər. Bu azərbaycanlılar arasında böyük psixoloji təsir yaratmış və döyüş zamanı 30–40 Azərbaycan əsgəri həlak olmuşdur.[mənbə göstərilməlidir]
Ağdərənin azad olunması və irəliləyişlər
4 iyul 1992-ci ildə uzun mühasirədən sonra Ağdərə (Mardakert) şəhəri azad edildi. Ermənilər vahimə içində ərazini tərk edir. Erməni hərbi qüvvələri Xankəndinin cənub tərəfinə doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumu olacağı təqdirdə Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılmasını planlaşdırırdı. Lakin buna baxmayaraq döyüşlər dağlıq bölgədə baş tutduğundan irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olur.
Robert Köçəryanın bildirdiyinə görə, Azərbaycan ordusu bu vaxta kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 %-nə nəzarəti təmin edərək, erməni vətəndaşları arasında panika yaratmaq istəyir. Goranboy əməliyyatı 60.000 əhalini qaçqın və məcburi köçkün vəziyyətinə salmış, yüzlərlə şəxs əsir və itkin düşmüşdür.[mənbə göstərilməlidir] Yaranmış bu şəraitdən istifadə edərək Azərbaycan prezidenti Əbülfəz Elçibəy səfərbərlik barədə fərman imzaladı və 1991–1992-ci ildə ordudan tərxis olunanlar yenidən orduya çağırıldı. Bu arada, Azərbaycan hərbi qüvvələri Xankəndidən 15 dəqiqəlik məsafədə olan Sırxavənd kəndində hazır mövqedə dayanmışdılar.
Rusların ermənilərə dəstəyi
18 iyun 1992-ci ildə Dağlıq Qarabağdakı erməni rejimi fövqəladə vəziyyət elan etdi, 15 avqustda isə müdafiə nazirliyinin yaradıldığını elan etdi. Nazirliyə ilk dövrlər Robert Köçəryan, sonradan isə Serj Sarkisyan rəhbərlik etmişdir. Özünü müstəqil elan etmiş DQR-də qismən səfərbərlik çağırışı elan edildi, əvvəllər hərbi xidmətdə olmuş 18–40 yaşlı əsgər və çavuşlar döyüşlərə cəlb edildi. Yeni çağırışçılarla birlikdə onların sayı 15.000-ə çatırdı. Hərbi islahatlar sürətlə keçirilməsi nəticəsində könüllü erməni dəstələri vahid komandanlıq altında döyüş vəziyyətinə gətirildi və nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusu (DQMO) yaradıldı.
Rus generalı Lev Roxlinin sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər güclü dəstək vermişdir. Hərbi sursatların əksəriyyəti Antonov An-124 yük təyyarəsi vasitəsilə Dağlıq Qarabağa daşınırdı. Bu isə ermənilərin əldən verdikləri torpaqları yenidən geri qaytarmalarına zəmin yaratdı.
Ermənilərin müqaviməti
Dağlıq Qarabağ Müdafiə Ordusunun təşkil olunmasından sonra Azərbaycanın irəliləməsi uğursuzluqla üzləşdi. 1992-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan ordusu ciddi müdafiə və əks-hücumla qarşılaşaraq ağır itkilərlə üzləşdi. Surət Hüseynov öz tabeliyində olan diviziyaların Ağdərədən Gəncəyə doğru irəliləməsini əmr etdi. Orada da qərarlaşmayan Hüseynov Bakıda dövlətə qarşı hərbi qiyam qaldırmaq və Elçibəyi hakimiyyətdən devirmək niyyətində idi. Bu və digər səbəblərdən bölgədə baş vermiş uğurlu əməliyyatların davamı olmamış, əksinə geri qaytarılan torpaqların bir hissəsi yenidən itirilmişdir.[mənbə göstərilməlidir]
Populyar mədəniyyətdə
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Goranboy əməliyyatı haqqında məlumat. Goranboy əməliyyatı nədir? Goranboy əməliyyatı nə deməkdir?