Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.
| Ağbulaq | |
|---|---|
| |
| 39°52′33″ şm. e. 46°53′49″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Xocalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 786 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Ağbulaq | |
Tarixi
Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağbulaq (Xocalı) haqqında məlumat. Ağbulaq (Xocalı) nədir? Ağbulaq (Xocalı) nə deməkdir?

