Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sutaylı oymağı — Azərbaycan xalqının etnogenezisində iştirak etmiş tayfa. Elxan Qazan xanın komandiri Əmir Sutaydan gələn bir Türk_Monqol sülaləsidir. Cəlayiril

Sutaylı oymağı

  • Ana Səhifə
  • Vikipediya
  • Sutaylı oymağı

Sutaylı oymağı — Azərbaycan xalqının etnogenezisində iştirak etmiş tayfa. Elxan Qazan xanın komandiri Əmir Sutaydan gələn bir Türk_Monqol sülaləsidir. Cəlayirilər və Çobanilər kimi digər Elxanlılardan sonrakı Monqol imperiyası sülalələrindəndir, Börçigin sülaləsi ilə də evlilik yolu ilə qohumuydular. Emir Sutay Hülakü xanın oğlu Məngu Teymurun kürəkəni idi. Onların əsas hökmdarlıq sahəsi cənubda Cizirədən şimalda Ərzuruma qədər dəyişirdi.

Sutaylı oymağı
Banisi Sutay
Hazırkı rəhbər Yoxdur
Titullar
ağa, bay, bəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tayfanın tarixi

Sutaylı oymağı öz adını Əmir Sutay noyondan alıb. O, Elxanlı dövlətinin hakimi Sultan Əbu Səid Bahadur xanın əmiri idi. Qaratatar (Koin tatar) ulusuna mənsub idi. Sutaylı oymağı Barambaylı və Tuğaylı tayfalarına bölünürdü. Sutaylı oymağının nümayəndələri paytaxtı Diyarbəkir olmaqla bir bəylik yaratmışdılar. Bu bəyliyi öncə Əmir Sutay noyon, sonra onun oğlu Hacı Toğay, ondan sonra İbrahimşah bəy Baram bay oğlu idarə etmişdi.

Bu oymağın tarixi Elxanlılarla, Çobanlılarla, Qaraqoyunlular və qismən də Ağqoyunlularla bağlıdır. Elxanlı hakimiyətinin iç qovgalar sonunda yıxılmağa üz tutduğu sırada Qaraqoyunluların Ağqoyunlular ilə birlikdə tarix səhnəsinə çıxdıqlarını görürük. Elxanlılar zamanında Şərqi Anadolu, biri mərkəzi Əxlat (Xilat) olmaq üzrə Van bölgəsi əyaləti, diğəri mərkəzi Mosul olmaq üzrə Diyarbəkir, Mardin, Mosul bölgələrini qapsayan iki bölgəyə ayrılmışdı. Diyarbəkir valisi Əmir Sutay Tatarın (?-1332-ci il) oğlu Hacı Toğay ilə diğər oğlu Baram baydan olan nəvəsi İbrahimşah bəy, Əmir Sutay zamanında Mosuldan Ərzuruma qədər genişlənmiş olan əyaləti ələ keçirmək üçün bir-birləriylə didişməyə başladıqlarında Qaraqoyunlular Hacı Toğay, Ağqoyunlular İbrahimşah bəyi dəstəkləyirdilər. Bu yurd qovgasını Hacı Toğay uduzmuş və 1343-cü ildə qardaşı oğlu tərəfindən öldürülmüşdür. Bu ara savaşları sonunda Qaraqoyunlular Mosul, Van gölü çevrəsi və Ərzuruma, Ağqoyunlular isə Diyarbəkir civarına hakim olmuşdular.

İbrahimşah bəyin 1350-ci ildəki ölümü və yerinə keçen əmisi oğlu, Hacı Toğayın oğlu Pir Məhəmməd bəyin bir Türkman əmiri olan Hüseyn bəy tərəfindən öldürülməsi ilə bölgədəki Elxanlı hakimiyəti sona çatdı.

Sutaylı oymağının tanınmış simaları

  • Sutay (1312-1332), (1312-1316 Diyarbəkırdə, 1316–1319 Axlatda, 1319–1332 Diyarbəkırdə)
  • Toğay (1332 -1343 ), Sutayın oğlu
  • İbrahimşah (1343 -1350), Baramın oğlu
  • Pir Məhəmməd (1350-1351), Toğayın oğlu

Həmçinin bax

  • Sutaylılar
  • Elxanilər dövləti
  • Sutay

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sutaylı oymağı haqqında məlumat. Sutaylı oymağı nədir? Sutaylı oymağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Andrey Arşavin

  • Fevral 27, 2026

    Türkmən

  • Fevral 27, 2026

    Reqressiya analizi

  • Fevral 27, 2026

    Ekstremizm

  • Fevral 23, 2026

    Zöhr namazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst