"Google Books" və ya "Google Kitablar" — "Google" tərəfindən rəqəmsallaşdırılan kitablar üçün tammətnli axtarış xidməti. Burada ABŞ-nin ən böyük kitabxanalarından 10 milyondan çox kitab mövcuddur. 2010-cu ilə qədər layihədə 15 milyona yaxın kitab var idi, onlardan 1 milyonu ictimai mülkiyyətdə olmuşdur. Layihənin əməkdaşları dünyada mövcud olan kitabların sayını (təkrar nəşrlər istisna olmaqla) 130 milyon olaraq qiymətləndirmiş, onilliyin sonuna qədər hər şeyi rəqəmsallaşdırmaq niyyətində olduqlarını açıqlamışdılar. 2017-ci ilin məlumatına görə, təxminən 25 milyon kitab rəqəmsallaşdırılmışdır. Bundan sonra rəqəmsallaşma sürəti çox azalmışdır.
| Google Books | |
|---|---|
| | |
| |
| URL | books.google.com |
| Tipi | elektron kitabxana, IBList |
| Dilləri | çoxdilli[d] |
| Sahibi | |
| Açılma tarixi | 2005 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Google Books haqqında məlumat. Google Books nədir? Google Books nə deməkdir?
