Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal

Elektron kitabxana

  • Ana Səhifə
  • Vikipediya
  • Elektron kitabxana

Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal media formatlarını ehtiva edən rəqəmsal obyektlərin onlayn verilənlər bazası və ya internet vasitəsilə əldə edilə bilən kitabxana. Obyektlər çap və ya fotoşəkillər kimi rəqəmsal məzmundan, eləcə də mətn prosessoru faylları və ya sosial media yazıları kimi ilkin istehsal edilmiş rəqəmsal məzmundan ibarət ola bilər. Elektron kitabxanalar məzmunun saxlanması ilə yanaşı, kolleksiyada olan məzmunun təşkili, axtarışı və əldə edilməsi üçün vasitələr təqdim edir. Elektron kitabxanalar ölçü və əhatə dairəsinə görə çox fərqli ola bilər, həmçinin fərdlər və ya təşkilatlar tərəfindən saxlanıla bilər. Elektron məzmun lokal formada yerləşdirilə və ya kompüter şəbəkələri vasitəsilə uzaqdan əldə edilə bilər. Bu informasiya axtarış sistemləri qarşılıqlı fəaliyyət və davamlılıq vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparmaq qabiliyyətinə malikdirlər.

Mündəricat

Tarixi

Elektron kitabxanaların erkən tarixi yaxşı sənədləşdirilməmişdir, lakin konsepsiyanın yaranması bir neçə əsas mütəfəkkir ilə bağlıdır. Bu anlayışın əvvəlki versiyaları arasında Pol Otle və Henri La Fontenin 1895-ci ildə dünyada sülhü təmin etmək ümidi ilə ümumbəşəri bilikləri toplamaq və sistematik şəkildə kataloqlaşdırmaq cəhdi olan "Mundaneum" qurumu daxildir. Elektron kitabxana anlayışı haqqında təsəvvürlər bir əsr sonra – internetin böyük genişlənməsi zamanı həyata keçirilmişdir.

Vannevar Buş və Cozef Karl Robnett Liklayder bu ideyanı o vaxtkı texnologiyaya təkmilləşdirən iki iştirakçıdır. Buş Hiroşimaya atılan bombaya səbəb olan tədqiqatları dəstəkləmişdi. O, baş tutan fəlakəti gördükdən sonra texnologiyanın məhv olmaq əvəzinə necə anlayışa gətirib çıxara biləcəyini göstərən bir maşın yaratmaq istəyirdi. Bu maşına iki ekran, açar və düymələr və klaviatura olan bir masa daxil idi. O, buna "Memex" adını vermişdi. Bu yolla insanlar saxlanılan kitablara və fayllara sürətli bir şəkildə daxil ola bilərdilər. 1956-cı ildə Ford Fondu kitabxanaların texnologiya ilə necə təkmilləşdirilə biləcəyini təhlil etmək üçün Liklayderi maliyyələşdirmişdi. O, təqribən on il sonra dərc etdiyi "Gələcəyin kitabxanaları" adlı kitabında bu mözuya baxışını da daxil etmişdi. O, kompüterlərdən və şəbəkələrdən istifadə edən bir sistem yaratmaq istəyirdi ki, insan bilikləri insan ehtiyacları üçün əlçatan olsun və əks əlaqə maşın məqsədləri üçün avtomatlaşdırılsın. Bu sistem üç komponentdən ibarət idi: bilik korpusu, sual və cavab. Liklayder bunu prokoqnitiv sistem adlandırmışdı.

İlkin layihələr elektron kitabxana kataloqu (EKK) kimi tanınan elektron kart kataloqunun yaradılmasına yönəlmişdi. 1980-ci illərdə bu cəhdlərin uğuru EKK-nin bir çox akademik, ictimai və xüsusi kitabxanalarda ənənəvi kart kataloqunu əvəz etməsi ilə nəticələnmişdi. Bu, kitabxanalara resurs mübadiləsini dəstəkləmək və fərdi kitabxanadan kənarda kitabxana materiallarına çıxış imkanlarını genişləndirmək üçün əlavə mükafatlandırıcı əməkdaşlıq səyləri göstərməyə şərait yaratmışdı.

Rəqəmsal kitabxananın ilk nümunəsi 1964-cü ildə yaradılmış və 1969-cu ildə "DIALOG" vasitəsilə onlayn olaraq istifadəyə verilmiş Təhsil Resursları Məlumat Mərkəzidir. O, təhsil sitatları, xülasələr və mətnlərdən ibarət verilənlər bazası idi.

1994-cü ildə rəqəmsal kitabxanalar tədqiqat cəmiyyətində geniş şəkildə görünməyə başlamışdır. Buna səbəb NASA və Milli Elm Fondu (NSF) tərəfindən birgə dəstəklənən, 24,4 milyon ABŞ dolları dəyərində NSF tərəfindən idarə olunan DARPA-nın İnformasiyanın İntellektual İnteqrasiyası (İ3) proqramı idi. Uğurlu tədqiqat təklifləri ABŞ-nin altı universitetindən gəlmişdir. Bu universitetlər arasında Karnegi Mellon Universiteti, Berkli Kaliforniya Universiteti, Miçiqan Universiteti, İllinoys Universiteti, Santa-Barbara Kaliforniya Universiteti və Stenford Universiteti var idi. Layihələrdə təqdim olunan məqalələr 1996-cı ilin mayında onların yarımçıq mərhələsində uğurunu ümumiləşdirir. Sergey Brin və Larri Peyc tərəfindən Stenfordda aparılan tədqiqatlar "Google"un yaranmasına səbəb olmuşdur.

Rəqəmsal kitabxana modelləri yaratmaq üçün ilkin cəhdlərə "DELOS Digital Library Reference Model" və " 5S Framework" daxildir.

Həmçinin bax

  • Kitabxana 2.0

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektron kitabxana haqqında məlumat. Elektron kitabxana nədir? Elektron kitabxana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Naziat surəsi

  • Fevral 27, 2026

    S-400

  • Fevral 27, 2026

    Bolnisi rayonu

  • Fevral 27, 2026

    LSD

  • Fevral 21, 2026

    Muxtar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst