Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sellüloza (lat. cellula) — təbiətdə əsasən bitki aləmində geniş yayılmış polisaxarid olub, tərkibi [С6Н7О2(OH)3]n formulu ilə ifadə olunur. Yaşıl bitkilərin və

Sellüloza

  • Ana Səhifə
  • Vikipediya
  • Sellüloza

Sellüloza (lat. cellula) — təbiətdə əsasən bitki aləmində geniş yayılmış polisaxarid olub, tərkibi [С6Н7О2(OH)3]n formulu ilə ifadə olunur. Yaşıl bitkilərin və eləcə də əksər yosunlar və oomisetlərdə hüceyrə divarının əsas kompanenti sellüoza hesab olunur.

Sellüloza
Kimyəvi quruluşun şəkli
Sellüloza β-D-qlükozada
Ümumi
Kimyəvi formulu (C6H10O5)n
Fiziki xassələri
Sıxlıq 1,5 q/sm³
Termik xüsusiyyətlər
Buxarın təzyiqi 0 ± 1 mm Hg
Təsnifatı
CAS-da qeyd. nöm. 9004-34-6
EINECS-də qeyd. nöm. 232-674-9
E nömrəsi E460
RTECS FJ5691460
ChEBI 18246
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Yayılması

Sellüloza nişastaya nisbətən daha çox yayılmış karbohidratdır. Bitki hücüyrələrinin qılıfları sellülozadan ibarətdir. Quru ağacda 60%-ə qədər, pambıq və süzgəc kağızında isə 90%-ə qədər sellüloza olur.

Quruluşu

Molekul kütləsi bir neçə milyona çatır. Makromolekulları yalnız xətti quruluşa malikdir. Bir istiqamətdə yerləşərək onlar lif əmələ gətirir (kətan, pambıq və s.)

Fiziki xassələri

Təmiz sellüloza ağ, bərk maddədir, suda və adi üzvi həlledicilərdə həll olmur, mis 2-hidroksidin ammonyakda məhlulunda (Şveyser reaksiyası) yaxşı həll olur. Sellülozanın həll olmamasının səbəbi onun makromolekulları arasında başqa həlledicilərin qıra bilmədiyi, çoxlu sayda hidrogen rabitələrinin olmasıdır.

Kimyəvi xassələri

Sellüloza yaxşı yanır:

(C6H10O5)n + 6nO2 -> 6nCO2 + 5nH2 O

Havasız şəraitdə qızdırıldıqda sellüloza parçalanır. Bu zaman ağac kömürü, su və uçucu maddələr - metil spirti, sirkə turşusu, aseton və s. alınır.

Nişasta kimi sellüloza da duru turşularla qızdırıldıqda hidrolizə uğrayaraq qlükozaya çevrilir:

(C6H10O5)n + nH2O -> nC6H12O6

Sellülozanın tədriclə hidrolizindən daha sadə quruluşlu polisaxaridlər, məsələn, amiloid əmələ gəlir. Kağızı 80%-li H2SO4 məhlulu ilə qısa müddətdə işlədikdə onun səthində amiloid əmələ gəlir və bu yolla su keçirməyən perqament kağızı hazırlanır.

Sellüloza mədə-bağırsaq sistemində həzm olunmur, lakin gündəlik qidanın tərkibində 2-5 q olması fizioloji norma hesab edilir. Mədəbağırsaq sistemində qidanın hərəkətini sürətləndirir. Hemisellülozanın qida cəhətdən əhəmiyyəti yoхdur. Sellüloza və hemisellüloza ballast karbohidrat adlanır.

Alınması

Sellülozanın bitkilərdən - pambıqdan, oduncaqdan, qamışdan və s. alırlar. Bu məqsədlə onları 0.2-0.3 mPa təzyiq altında 120-1800C temperaturda NaOH + Na2SO4 qarışığı (sulfat üsulu) və ya Ca(HSO3)2 məhlulu ilə (sulfat üsulu) işləyirlər. Bu zaman sellüloza digər maddələr (liqnin, pentazonlar, qeksazonlar, qatran) qarışığışdan azad olunur.

Tətbiqi

Sellüloza kətan, pambıq şəklində parça istehsalında istifadə olunur. Onun böyük miqdarı kağız, etil spirt istehsalında sərf olunur.

Sellülozanın hidrolizindən alınan qlükozanın qıcqırması ilə etil spirti alınır. Bu cür alınan spirt hidroliz spirti adlanır (1t quru ağacdan 200 l spirt almaq olur).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sellüloza haqqında məlumat. Sellüloza nədir? Sellüloza nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tam ədəd

  • Fevral 27, 2026

    Brassica

  • Fevral 24, 2026

    Təqlidçi demokratiya

  • Fevral 27, 2026

    E.ə. 314

  • Fevral 24, 2026

    Qraflıq (ABŞ)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst