Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğul

Mərcan rifi

  • Ana Səhifə
  • Vikipediya
  • Mərcan rifi

Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular.

Mərcan rifindəki bio müxtəliflik. Böyük Sədd riifi, Avstraliya.
Mərcan rifindəki bio müxtəliflik. Böyük Sədd riifi, Avstraliya.

Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir.

Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir.

Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir.

Mündəricat

Mərcan rifi tipləri

Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür:

Sahil rifləri

Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir. Çay mənsəbləri və manqır cəngəlliklərində onların sahələrinin arası kəsilir.

Sədd rifləri

Sədd rifləri sahildən bir qədər aralı, sahilə paralel yerləşərək, ondan dayaz laquna ilə ayrılır.

Sualtı və ya dib rifləri

Sualtı və ya dib rifləri okean və dəniz dayazlıqlarında əmələ gəlmiş və su səviyyəsindən aşağıda yerləşən mərcan rifləridir. Belə riflər gəmiçilikdə böyük təhlükələrin yaranmasına səbəb olur.

Həmçinin bax

  • Mərcan adaları
  • Sədd rifi
  • Böyük Sədd rifi
  • Atoll

İstinad

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mərcan rifi haqqında məlumat. Mərcan rifi nədir? Mərcan rifi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Filon İskəndəriyyəli

  • Fevral 27, 2026

    Burun boşluğu

  • Fevral 27, 2026

    Nassau

  • Fevral 27, 2026

    Vəsiyyətnamə

  • Fevral 28, 2026

    Bırranqa dağları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst