Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hot-doq (ing. hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü.

Hot-doq

  • Ana Səhifə
  • Vikipediya
  • Hot-doq

Hot-doq (ing. hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü.

Hot-doq

Mündəricat

Tarixçə

Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir.

Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.

1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü. O dövrlər bu, çox böyük bir miqdarda pul demək idi.

1957-ci ildən ABŞ-nın Ticarət Palatası tərəfindən hot-doq gününü rəsmiləşdirilmiş, bundan 37 il sonra isə "Hot-doq və sosislər" Milli Şurası yaradılmışdır.

Ad

Yeməyin adının haradan və necə yaranması ilə bağlı çoxlu araşdırmalar aparılmışdır. Hot-doq sözünün Azərbaycan dilinə hərfi mənası "isti it" deməkdir. Bəzi tarixçilər təsdiq etməyə çalışmışlar ki, hot-doq söz birləşməsi ilk dəfə alman qəssabı İohann Lanner tərəfindən işlədilmişdir. O, böyük sosisləri "balaca itlər" adlandırmışdır (alm. Dachshund‎).

Digər tarixçilər isə bu sözün amerikada yarandığını təsdiqləməyə çalışmışlar. Nyu-Yorkda, XX əsrin əvvəllərində benqallarla keçirilən matç zamanı satılan sosislərlə bağlı bu ad yaranmışdır. İlk öncə hot-doq sözünü karikaturaçı Ted Dorqan öz karikaturalarında işlətmişdir. Öz karikaturalarını belə adlandırmaqla o, benqallıların bu yeməyi it ətindən hazırladıqlarına işarə etmişdir. Bəzi tarixçilər isə bunu təsdiq etməyə çalışmışdılar. Tarixçilərin dediklərinə görə, bu cür sosislər XIX əsrin ortalarında benqaliyada it ətindən hazırlanırmış və bu səbəbdən də o zamanlar bu cür sosislər hot-doq – yəni, "it ətindən hazırlanmış isti sosislər" — adlandırılırdı.

Maraqlı faktlar

  • "Hot-doq və sosislər" Şurasının verdiyi məlumatlara əsasən, hər bir amerikalı il ərzində ən azı 60 hot-doq yeyir.
  • Hot-doqun zərərləri haqqında çox danışılsa da, hot-doq həvəskarları yenə də bu yeməyin dadını çıxarmaqda davam etməkdədirlər. Hər il iyulun 18-i Beynəlxalq Hot-doq Günü kimi qeyd edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hot-doq haqqında məlumat. Hot-doq nədir? Hot-doq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    UTC−11:00

  • Fevral 27, 2026

    Admiral

  • Fevral 27, 2026

    On üç

  • Fevral 27, 2026

    Bürhanəddin Mərğinani

  • Fevral 27, 2026

    Montessori təlimi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst