Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasili İvanoviç Surikov (rus. Василий Иванович Суриков; 24 yanvar 1848, Krasnoyarsk — 19 mart 1916, Moskva) — rus rəssamı, tarix rəssamlığının görkəmli nümayənd

Vasili Surikov

  • Ana Səhifə
  • Vikipediya
  • Vasili Surikov

Vasili İvanoviç Surikov (rus. Василий Иванович Суриков; 24 yanvar 1848, Krasnoyarsk — 19 mart 1916, Moskva) — rus rəssamı, tarix rəssamlığının görkəmli nümayəndəsi.

Vasili Surikov
rus. Василий Иванович Суриков
Avtoportret, 1879, Tretyakov qalereyası
Avtoportret, 1879, Tretyakov qalereyası
Doğum tarixi 24 yanvar 1848
Doğum yeri Krasnoyarsk
Vəfat tarixi 19 mart 1916 (68 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
  • Vaqankovo qəbiristanlığı
Milliyyəti rus
Vətəndaşlığı  Rusiya İmperiyası
Fəaliyyəti rəssam
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası (1870–1875)
Janrlar Tarix rəssamlığı, portret
Stil realizm
Tanınmış işləri Strelets edamının səhəri
Qar şəhərciyinin alınması
Boyar arvadı Morozova
Üzvlüyü
  • İmperator Rəssamlıq Akademiyası
Mükafatları 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni — 1883
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vasili Surikov 1848-ci ildə Krasnoyarsk şəhərində kazak ailəsində anadan olmuşdur.

1869-1875-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Təhsil illərində tarixi boyakarlığa müraciət etmiş, akademik incəsənətin şərtiliklərindən uzaqlaşmağa səy göstərmişdir. ("Knyaz məhkəməsi", 1874, Tretyakov qalereyası, Moskva). 1877-ci ildən Moskvada yaşamışdır. Müntəzəm surətdə Sibirə səfərə çıxmışdır, Donda (1893), Volqada (1901-1903), Krımda (1913) olmuşdur. 1883-1884-cü illərdə Almaniya, Fransa, Avstriya, 1897-ci ildə İsveçrə, 1900-cü ildə İtaliya, 1910-cu ildə İspaniyaya səyahət etmişdir. Peredvijniklər cəmiyyətinin və Rus Rəssamları İttifaqının üzvü olmuşdur. Surikov özünün ən məşhur əsərləri olan "Strelets edamının səhəri" (1881), "Menşikov Beryozovoda" (1883), "Boyar arvadı Morozova" (1887; hamısı Tretyakov qalereyasındadır) adlı monumental-tarixi tablolarını çəkir.

«Suvorovun Alp dağlarından keçməsi»

Rəssam, əsas iştirakçısı xalq kütləsi olan bu əsərlərdə xalqın gücünü göstərir, qüvvətli xarakterlər yaradır. Surikov novator tipli kompozisiyalarında insan kütləsinin hərəkəti, duyğuların mürəkkəb qamması, hadisələrin dərin daxili mənasını ifadə edir, rənglərin dolğun ahəngkarlığına nail olur, rəng və faktura vasitəsilə obrazın psixoloji xarakteristikasını gücləndirir.

1888-ci ildə arvadı öldükdən sonra Surikov dərin sarsıntı keçirmiş, bir müddət rəssamlıqdan əl çəkmişdir. 1889-1880-cı illərdə Sibirə səfərdən sonra yaratdığı "Qar şəhərciyinin alınması" (1891, Rus muzeyi, Sankt-Peterburq) tablosunda Surikov şən, sağlam və cəsur xalq kütləsinin obrazını ön plana çəkmişdir. 1895-ci ildə çəkdiyi «Suvorovun Alp dağlarından keçməsi» tablosu tarix rəssamlığının görkəmli nümunələrindəndir. İrtica illərində demokratik ənənələrə sadiq qalan Surikov "Stepan Razin" (1903) tablosunu çəkmiş, Puqaçova həsr olunmuş tablo üçün eskiz və rəsm yaratmışdır.

Vasili Surikov 19 mart 1916-cə ildə Moskva şəhərində vəfat etmişdir.

Moskva Rəssamlıq Institutuna Surikovun adı verilmiş, Krasnoyarskda ev-muzeyi açılmış və abidəsi (1954, tunc və qranitdən) qoyulmuşdur.

Əsərləri

  • Strelets edamının səhəri
    Strelets edamının səhəri
  • Boyar arvadı Morozova
    Boyar arvadı Morozova
  • Bürünc atlı
    Bürünc atlı
  • Menşikov Beryozovoda
    Menşikov Beryozovoda
  • Qar şəhərciyinin alınması
    Qar şəhərciyinin alınması
  • Yermak Timofeyeviç tərəfindən Sibirin işğalı
    Yermak Timofeyeviç tərəfindən Sibirin işğalı

Ədəbiyyat

  • М. М. Алленов. «Василий Суриков»
  • Суриков В. И. Альбом. Вступ. ст. Н. Г. Машковцева. М.: 1960
  • Суриков В. И. Альбом. Вступ. ст. Д. Сарабьянова. М.: 1963
  • Суриков В. И. Письма. Воспоминания о художнике. Л.: 1977
  • Г. Васильева-Шляпина «Сибирские красавицы В. Сурикова. Портрет в творчестве художника»// «Иван Федоров». Санкт-Петербург. 2002
  • В. Ануфриева «Отрада суриковская».//«Сибирские промыслы». Красноярск. 2007
  • Аференко В. А. «Суриков в Сухобузимском»//г. Железногорск, 1999
  • Кеменов В. С. «Историческая живопись Сурикова. 1870—1880-е гг.» М.: 1963
  • Машковцев Н. Г. «В. И. Суриков» М.: 1994
  • Евдокимов И. В. Суриков, 1933. — 164 с. (Жизнь замечательных людей)
  • Шанин В. Я. «Суриков, или Трилогия страданий», 2010.
  • Лазарев С. Е. Образ Степана Разина в изобразительном искусстве // Преподавание истории в школе. 2016. № 8. С. 29-34.
  • М.П. Чебодаева Хакасия в творчестве художника В.И. Сурикова.—Санкт-Петербург, 2011. —90 С.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasili Surikov haqqında məlumat. Vasili Surikov nədir? Vasili Surikov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xoşkotan

  • Fevral 26, 2026

    Hiroşima (şəhər)

  • Fevral 27, 2026

    Keş

  • Fevral 27, 2026

    Optimizm

  • Fevral 27, 2026

    Hayato İkeda

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst