Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anna Xanım və ya Anna Bəyim (fars. آنا خانم‎; v. 9 sentyabr 1647) — Səfəvi hökmdarı Şah Səfinin (1629–1642) həyat yoldaşı və onun varisi, I Şah Səfidən sonra Sə

Anna Xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Anna Xanım

Anna Xanım və ya Anna Bəyim (fars. آنا خانم‎; v. 9 sentyabr 1647) — Səfəvi hökmdarı Şah Səfinin (1629–1642) həyat yoldaşı və onun varisi, I Şah Səfidən sonra Səfəvi hökmdarı olacaq II Şah Abbasın (1642–1666) anası.

Anna Xanım
Vəfat tarixi 9 sentyabr 1647(1647-09-09)
Partnyoru
  • I Səfi
Fəaliyyəti qul[d]

Mündəricat

Həyatının erkən dövrü

Anna Xanım çərkəz kökənlidir. O, I Şah Abbasın oğlu Məhəmməd Baqir Mirzənin böyük oğlu Sam Mirzə (I Şah Səfi) ilə evləndirilmişdir. Bu izdivacdan da gələcək Səfəvi hökmdarı II Şah Abbas dünyaya gəlmişdir.

Şah anası kimi

I Şah Səfinin ölümündən sonra 1642-ci ildə oğlu II Şah Abbas taxta çıxdı. Onun hakimiyyətinin ilk 3 ilində Sarı Tağı xan, Məhəmməd Əli xan, Canı xan Anna Xanımın rəhbərliyində birləşərək dövləti idarə etdi. Sarı Tağı xan baş vəzir vəzifəsini tutdu. Amma bu fraksiyada əsas söz sahibi Anna Xanım idi. Bu zaman Səfəvi imperiyasına səfər edən fransız zərgər və səyahətçi Jan Şarden bunu öz gündəliyində belə qeyd etmişdi:

" Səfəvi hökmdarları gənc olduqda onların üzərində analarının hakimiyyəti güclü olur. II Şah Abbasda da belə idi. O (Anna Xanım), baş vəzirlə (Sarı Tağı xan) sıx əlaqədə idi və dövləti onun əli ilə idarə edirdi. "

Sarı Tağı xan Canı xan tərəfindən öldürüldü. Gümanki onu bu işə öz regentlərindən qurtulmaq istəyən II Şah Abbas təşviq etmişdi. Anna Xanım buna çox qəzəbləndi və hərəmin ən yaşlı xədimlərindən birini göndərərək, Canı xanı yanına çağırdı və Sarı Tağı xanın niyə öldürüldüyünü izah etməyi tələb etdi. Canı xan Sarı Tağı xanı it və oğru adlandırdı və Anna Xanımın özünü də təhqir etdi. Sui-qəsdin ardından Canı xan özü də xəyanətə məruz qaldı. Canı xan Şahın şəxsi şərab süzəni Səfi Qulu bəy tərəfindən süi-qəsdə məruz qaldı. Bu hadisənin arxasında II Şah Abbasın özünün taxtdan devriləcəyindən qorxan Anna Xanımın dayandığı ehtimal edilir.

Gördüyü işlər

Anna Xanım paytaxt İsfahanın əsas hissəsi olan Abbasabad bölgəsində xeyli məscid və məktəbin tikilməsinin əsas təşəbbüskarı olmuşdur.

Ölümü

Anna Xanım 1647-ci il, 9 sentyabrda İsfahanda ölmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anna Xanım haqqında məlumat. Anna Xanım nədir? Anna Xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ölüm yürüşü

  • Fevral 27, 2026

    Sitroen

  • Fevral 27, 2026

    İsfar Sarabski

  • Fevral 27, 2026

    Betula nigra

  • Fevral 27, 2026

    Yeparxiya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst