Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox

Əhər

  • Ana Səhifə
  • Vikipediya
  • Əhər

Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur.

Əhər
38°28′38″ şm. e. 47°03′58″ ş. u.HGYO
Ölkə
  •  İran
Tarixi və coğrafiyası
Saat qurşağı
  • İran standart vaxtı[d]
Əhalisi
Əhalisi
  • 100.641 nəf. (2016)
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 426
Xəritəni göstər/gizlə
Əhər xəritədə
Əhər
Əhər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Təbii fəlakətlər

2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur.

İqtisadiyyatı

1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir. Əhər həmçinin, Qaradağ xalçası kimi tanınan xalça növünün də istehsalının mərkəz şəhəridir.

Müasir dövrdə Əhərin nəqliyyat sahəsindəki problemlər bir qədər aradan qaldırılmış və Kəleybər kimi bazar mərkəzləri meydana çıxmışdır.

Turizm

Əhərin turistlər tərəfindən ziyarət olunan əsas yeri Şeyx Şəhabəddinin mavzoleyidir. Şeyx Şahabəddin sonradan Səfəvi dövlətini yaradacaq Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin müəllimi olmuşdur.

XIX əsr səyyahı Ceyms Morier abidəni belə təsvir etmişdir:

" Mavzoley kərpicdən tikilmişdir. Təməli daşlardan hörülmüşdür. Girişi yüksək sütunlü girişdən ibarətdir. Sütunlu giriş iki sütundan ibarətdir. Sütunlar çini ornamentlərlə örtülmüşdür. Kiçik taxta qapı tikilinin arxasından açılaraq, bizi binanın Şeyxin məzarı olan hissəsinə aparır. Məzar daş barmaqlıqlarla əhatə edilmişdir. Daşlar üzərində çox gözəl ornamentlər oyulmuşdur. Məzarın üzəri mərmərdən düzəldilmişdir və mərmərin üzərinə gözəl ornamentlər həkk edilmişdir. "

Əhalisi

2006-cı il siyahıya almasına əsasən əhalisi 86,760 nəfərdir . Əhalisinin, demək olar ki, hamısı azərbaycanlılardan ibarətdir.

Şəkillər

  • Qaradağ zəlzələsinin elementi
    Qaradağ zəlzələsinin elementi
  • Əhərdə Ağdaş adlanan yer. Əhər şəhərinə kömür daşıyan qatırların dayanacaq yeri olmuşdur.
    Əhərdə Ağdaş adlanan yer. Əhər şəhərinə kömür daşıyan qatırların dayanacaq yeri olmuşdur.
  • Əhər yaxınlığında olan Savalan dağı
    Əhər yaxınlığında olan Savalan dağı
  • Balan xalçası. Əhər bazarında satılan xalça növlərindən biri.
    Balan xalçası. Əhər bazarında satılan xalça növlərindən biri.
  • Əhərin cümə məscidi
    Əhərin cümə məscidi
  • Qaradağ bölgəsinin firuzəsi kimi tanınan Şıx Şahabəddin türbəsi
    Qaradağ bölgəsinin firuzəsi kimi tanınan Şıx Şahabəddin türbəsi
  • Qapalı bazar
    Qapalı bazar

Tanınmışları

  • Böyükbəy Ələkbəroğlu

Həmçinin bax

  • Əhər Cümə məscidi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhər haqqında məlumat. Əhər nədir? Əhər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkməncə

  • Fevral 27, 2026

    Kilqarınlar

  • Fevral 25, 2026

    Hunlar

  • Fevral 27, 2026

    Əhrar Firqəsi

  • Fevral 28, 2026

    Si Tsinpin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst