Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həmrəylik, solidarizm və ya solidarlıq — bir cəmiyyəti təşkil edən qruplar və ya siniflər arasında psixoloji birlik hissi yaradan emosiyaların, düşüncələrin və

Həmrəylik

  • Ana Səhifə
  • Vikipediya
  • Həmrəylik

Həmrəylik, solidarizm və ya solidarlıq — bir cəmiyyəti təşkil edən qruplar və ya siniflər arasında psixoloji birlik hissi yaradan emosiyaların, düşüncələrin və ümumi maraqların qarşılıqlı olaraq əlaqəsidir. Həmrəylik, sinfi əməkdaşlığı müdafiə edir və Sinfi mübarizəni rədd edir. Sosializmdən fərqli olaraq həmrəylik fərdləri rədd etmir və fərdləri cəmiyyətin əsası kimi görür. İnsanların cəmiyyət daxilində olan sosial münasibətlərindən istifadə edərək onların bir-biri ilə bağlı olduğu fikrini müdafiə edir. Bu termindən sosial elmlərdə, xüsusilə də sosiologiya və psixologiyada geniş bir formada istifadə olunur.

Qaldırılmış yumruq əmək hərəkatları zamanı istifadə edilən həmrəylik simvollarından biridir

Həmrəylik Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 6 əsasından 4-cü olanıdır. Hər il dekabr ayının 20-si Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. Ümumdünya Bioetika və İnsan Hüquqları Bəyannaməsinin də 13-cü maddəsi həmrəyliyə həsr olunmuşdur.

Finlandiyanın paytaxtı olan Helsinki şəhərində yerləşən Helsinki Şəhər Teatrının, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Ukrayna ilə həmrəylik üçün Ukrayna bayrağının rəngləri ilə işıqlandırılması.

Həmrəyliyin yaranma yolları cəmiyyətdən cəmiyyətə görə dəyişikliklər nümayiş etdirir. İbtidai cəmiyyətlər qan qohumluğu və qohumluq münasibətləri əlaqələri üzərində formalaşdırıldığı halda, daha inkişaf etmiş və mürəkkəb cəmiyyətlərdə isə sosial həmrəylik bir çox fərqli mənbələrə malik ola bilər.

Əlavə ədəbiyyat siyahısı

  • Ankerl, Guy. Towards a Social Contract on a World-wide Scale. International Institute for Labour Studies. 1980. ISBN 92-9014-165-4.
  • Davies, Ben; Savulescu, Julian. "Solidarity and Responsibility in Health Care". Public Health Ethics. Oxford University Press (OUP). 12 (2). 1 iyul 2019: 133–144. doi:10.1093/phe/phz008. ISSN 1754-9981. PMC 6655468. PMID 31384302.
  • Kołtan, Jacek, What Solidarity of the Future? // Kołtan, Jacek (redaktor), Solidarity and the Crisis of Trust, Gdansk: European Solidarity Centre, 2016, 133–143
  • Taylor, Ashley, (PDF), Just World Institute, may 2013, 7 avqust 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib
  • Tzimas, Themistoklis. "Solidarity as a Principle of International Law: Its Application in Consensual Intervention". Groningen Journal of International Law. 6 (2). 2018.

Şablon:Milliyyətçilik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həmrəylik haqqında məlumat. Həmrəylik nədir? Həmrəylik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbn Rüstə

  • Fevral 27, 2026

    Elaru Qadınəfəndi

  • Fevral 23, 2026

    Macar dili

  • Fevral 27, 2026

    Gyrista

  • Fevral 27, 2026

    Qıraqlı (Saatlı)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst