Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Qaraqoyunlu (Qəmərli)

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraqoyunlu (Qəmərli)

Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi Azərbaycan əraziləri
Qəmərli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı

Tarixi

Gərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi nin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub.

İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilir.

Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur.

Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 236 nəfər, 1873-cü ildə 51 ailədə 199 kişi və 156 qadın olmaqla, toplam 355 nəfər "Tatar", yəni Azərbaycan Türkü yaşamışdır. Kənddə Məscid olub., 1886-cı ildə 474 nəfər, 1897-ci ildə 456 nəfər, 1908-ci ildə 432 nəfər, 1914–cü ildə 475 nəfər, 1916-cı ildə 509 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə Qaraqoyunlu-Türkmanlardan soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Kənddə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 178 nəfər, 1926-cı ildə 228 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953–cü illərdə azərbaycanlılar Azərbaycana köçürülərək tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraqoyunlu (Qəmərli) haqqında məlumat. Qaraqoyunlu (Qəmərli) nədir? Qaraqoyunlu (Qəmərli) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tasi mədəniyyəti

  • Fevral 27, 2026

    Yucca

  • Fevral 27, 2026

    Türkmən şəhristanı

  • Fevral 27, 2026

    İquana

  • Fevral 27, 2026

    Allahyar Cavanşirov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst