Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aerozol (yun. aer- hava və soel - cisim) - havada asılı vəziyyətdə olan müxtəlif böyüklükdə və formada, kimyəvi tərkibi, habelə fiziki xassələrinə görə başqa-ba

Aerozol

  • Ana Səhifə
  • Vikipediya
  • Aerozol

Aerozol (yun. aer- hava və soel - cisim) - havada asılı vəziyyətdə olan müxtəlif böyüklükdə və formada, kimyəvi tərkibi, habelə fiziki xassələrinə görə başqa-başqa olan ən kiçik hissəcik (toz, buz kristalı, duz, mikroorqanizm və s.).

Aerozol duman və bulud əmələ gəlməsi üçün zəruri olan kondensasiya nüvəsi rolunu oynayır.

Duman və bulud aerozollardır

Aerozol — qaz mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. Yalnız tüstü kiçik bərh hissəciklərdən və çox az dərəcədə su damcılarından və qatrandan əmələ gəlmiş asılqan, duman isə yalnız bir mayedən – sudan əmələ gəlmiş aerozoldur. Dumanda, tüstüdə və digər aerozollarda hissəciklərin diametri 1-dən 100 mikrometrə qədər olur. Hava axını, külək onları qarışdırır və yerə düşməyə imkan vermir. Aerozollar təbiətdə və insan həyatında müsbət rol oynayır.

Bitkilərin çoxu çiçək tozcuqlarının aerozolu ilə tozlanır, duru yanacaqlar və bərk yanacaqların çoxu aerozol şəklində yandırılır, bitki ziyanvericilərinə qarşı kimyəvi aerozollarla mübarizə aparılır.

Mündəricat

Xassələri

Bağlı qabda sabit temperaturda aerozolların hissəcikləri tədricən çox yavaş-yavaş çökür. Bu zaman onların ikinci bir qeyri-adi xassəsi meydana çıxır. Aerozolun hissəcikləri qabın dibinə deyil, divarına çökür. Səbəb sadədir. Aerozolların hissəciklərinin səthində elektrik yükü olur. Bir neçə hissəcik qabın dibinə çökdükdən sonra digərlərinə artıq orada yer olmur.

Aerozolların alınması

Aerozollar iki yolla alına bilər: kondensasiya ilə və dispersləşmə ilə. İçərisində xlorid turşusu (HCl) olan sınaq şüşəsi götürək. Əgər havada heç olmasa ammonyakın izi olarsa, sınaq şüşəsinin ağzı açıldıqda onda kondensləşmə yolu ilə ammonium-xlorid (NH4Cl) əmələ gəlir. Verilmiş halda qaz halında maddələrdən bərk NH4Cl hissəcikləri əmələ gəlir.

Sement istehsalında, sement xammalının xırdalanması zamanı havada həmişə narın toz olur. Bu aerozol bərk hissəciklərin havada səpələnməsi – dispersləşməsi nəticəsində əmələ gəlir.

Aerozolların rolu

Radioaktiv maddələr, silisium 4-oksid, alüminum oksid, qurğuşun, xrom tozu və s. ilə qarışıq texniki aerozollar çox ziyanlı olub ağır xəstəliklərə səbəb olur. Öskürmə və asqırma zamanı əmələ gələn bakteriyalı aerozollar yoluxucu xəstəliklərin, o cümlədən qripin yayılmasına səbəb ola bilər. Aerozollar təbiət hadisələrində, məişətdə, insanın istehsalat fəaliyyətində mühüm rol oynayır. Buludların sıxlaşması, tarlaların kimyəvi maddələrlə çilələnməsi, tənəffüs yollarının müalicəvi aerozolların xeyrini əks etdirən hadisə və proseslərdir. Aerozollar həm də zərərli olur. Zavod borularından çıxan kiçik damcılar, qriplə xəstələnən adam öskürdükdə ətrafa yayılan viruslar – bunlar da aerozollardır.

Həmçinin bax

  • Aerofagiya
  • Aerogel
  • Aerologiya


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aerozol haqqında məlumat. Aerozol nədir? Aerozol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vermikulit

  • Fevral 27, 2026

    Pulitser mükafatı

  • Fevral 27, 2026

    Pikardiya

  • Fevral 27, 2026

    Səlcuqilər

  • Fevral 27, 2026

    Qazəsgər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst