Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Teymuraz (gürc. II თეიმურაზ; 1589[…], Tiflis – 1663[…], Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün

I Teymuraz

  • Ana Səhifə
  • Vikipediya
  • I Teymuraz

I Teymuraz (gürc. II თეიმურაზ; 1589[…], Tiflis – 1663[…], Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün Kaxeti çarlığı bir müddət anası Ketevan tərəfindən idarə edilmişdir. I Teymuraz həmçinin şair kimi Gürcü ədəbiyyatında önəmli yerə sahibdir.

I Teymuraz
Şəxsi məlumatlar
Doğum adı თეიმურაზ I
Doğum tarixi 1589(1589)[…]
Doğum yeri
  • Tiflis, Kartli krallığı
Vəfat tarixi 1663(1663)[…] (73–74 yaşında)
Vəfat yeri
  • Qorqan, Qorqan şəhristanı, Gülüstan ostanı, İran
Dəfn yeri
  • Alaverdi monastırı
Fəaliyyəti şair
Ailəsi Baqrationi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Səfəvi hökmdarı I Abbasın Şərqi Gürcüstan yürüşü səbəbindən I Teymuraz qonşu Kartli hökmdarı ilə birlikdə İmereti çarı II Luarsaba sığındı. 1615-ci ildə I Teymuraz Kaxetiyə geri döndü və Səfəvilərə qarşı üsyana rəhbərlik etməyə başladı. Lakin növbəti il I Abbasın yeni hücumu qarşısında təzədən İmeretiyə sığınmalı oldu.

I Teymuraz və Kartli çarı Georgi Saakadze əvvəl Səfəvilərə qarşı müttəfiq olsalar da, sonradan bu əlaqələr pozuldu. Georgi Saakadze Basaleti döyüşündə I Teymuraz tərəfindən məğlub edildi. Beləliklə, I Teymuraz Kartli-Kaxeti hökümdarı oldu. Həmçinin I Teymuraz I Abbasın vassalı olduğunu qəbu etdi və şah onu hökmdar kimi tanıdı.

I Teymuraz 1632-ci ildə Səfəvilərə qarşı üsyan qaldırdı və Qarabağı qarət etdi.Gürcüstan knyazlarının əksəriyyəti onun bu siyasətini dəstəkləmədilər. Bu vaxt I Abbas vəfatı etdi və hakimiyyətə I Səfi gəldi. I Səfi Teymurazı hakimiyyətdən salaraq onun əvəzinə hakimiyyətə islamı qəbul etmiş Rostomu gətirdi. Teymuraz uzun müddət müqavimət göstərsə də, 1648-ci ildə tamamilə məğlub edildi.

I Teymuraz bir müddət sonra həbs edildi və qısa müddət sonra həbsdə vəfat etdi.

Ədəbi fəaliyyəti

I Teymuraz intibah dövrünün görkəmli şairlərindən idi. Onun agioqrafik janrda yazılmış "Ketevaniani" adlı şeiri məşhurdur. Həmçinin romantik janrda yazılmış şeirləri də vardır. Məsələn, "Leyla və Məcnun", "Yusif və Züleyxa", "Gül və bülbül", "Şam və güvə" kimi şeirləri romatik janra daxildir.

Onun bütün əsərləri 1934-cü ildə Tiflisdə A. Baramidze və Q. Cakobiyanın redaktorluğu altında nəşr edilmişdir.

Ailəsi

I Teymuraz iki dəfə evlənmişdir. O, Quriya knyazı II Mamiya Quriyelinin qızı Anna Quriyeli və Kartli çarı X Georginin qızı Xoroşan Darecanla evlənmişdir.

Anna Quriyelidən olan uşaqları:

  • Levan (1606—1624)
  • Aleksandr (1609—1620)

Xoroşan Darecandan olan uşaqları:

  • David
  • Nestan-Darecan
  • Tinatin

Ədəbiyyat

  • Ronald Grigor Suny (1994), The Making of the Georgian Nation: 2nd edition. Indiana University Press, ISBN 0-253-20915-3.
  • David Marshall Lang, The Last Years of the Georgian Monarchy, 1658-1832. New York: Columbia University Press, 1957.
  •  (rus.) Вахушти Багратиони (Vakhushti Bagrationi) (1745). at the Wayback Machine (archived sentyabr 5, 2010) Accessed on October 25, 2007.
  • Mikaberidze, Alexander (2007). Teimuraz I. 2016-02-14 at the Wayback Machine Dictionary of Georgian National Biography. Accessed on October 25, 2007.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Teymuraz haqqında məlumat. I Teymuraz nədir? I Teymuraz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    İskəndəriyyəli

  • Fevral 17, 2026

    İslam

  • Fevral 27, 2026

    Cabanı döyüşü

  • Fevral 27, 2026

    Envayromentalizm

  • Fevral 27, 2026

    ANS Press

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst