Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir.

Anilin

  • Ana Səhifə
  • Vikipediya
  • Anilin

Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir.

Anilin
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C6H5NH2
Fiziki xassələri
Molyar kütlə 93.1265 q/mol
Sıxlıq 0,8786 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 6.3   °C
Qaynama nöqtəsi 184.13  °C
Öz-özünə yanma temperaturu 615 ± 1 °C
Partlama həddi 1,3 ± 0,1 % (V/V)
Buxarın təzyiqi 0,6 ± 0,1 mm Hg
Təsnifatı
CAS-da qeyd. nöm. 62-53-3
PubChem 6115
EINECS-də qeyd. nöm. 200-539-3
SMILES
 
  • C1=CC=C(C=C1)N
InChI
 
  • InChI=1S/C6H7N/c7-6-4-2-1-3-5-6/h1-5H,7H2
    PAYRUJLWNCNPSJ-UHFFFAOYSA-N
RTECS BW6650000
ChEBI 17296
BMT nömrəsi 1547
ChemSpider 5889
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Ümumi məlumat

Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır).

Tarixi

  • Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir.
  • 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb.
  • 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır.
  • 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.

Alınması

Sənayedə anilini 2 mərhələdə alırlar. Birinci mərhələdə benzolu qatı nitrat və sulfat turşusu ilə 50-600 C temperaturda nitrolaşdırırlar, nəticədə nitrobenzol əmələ gəlir. İkinci mərhələdə nitrobenzolu katalizator iştirakında 200-3000 C temperaturunda hidrogenləşdirirlər :

  • C6H5NO2 + 3H2 → C6H5NH2 + 3H2O

İlk dəfə nitrobenzolun reduksiyası dəmir ilə aparılmışdır :

  • 4C6H5NO2 + 9Fe + 4 H2O → 4C6H5NH2 + 3Fe3O4

Başqa üsulla anilini nitrobirləşmələri reduksiya etməklə alırlar- Zinin reaksiyası :

  • C6H5NO2 + 3(NH4)2S → C6H5NH2 + 6NH3 + 3S + 2H2O

Kimyəvi xassələri

Anilin üçün həm amin qrupunda, həm də aromatik halqada reaksiyalar xarakterikdir. Bir tərəfdən benzol halqası amin qrupunun əsası xassəsini alifatik aminlərə və hətta ammonyaka nisbətən zəiflədir. Digər tərəfdən aminqruplarının təsirindən benzol halqası əvəzetmə reaksiyalarına benzola nisbətən daha aktiv daxil olur. Yaxşı halogenləşir, nitrolaşır və sulfolaşır.

Oksidləşməsi

Alifatik aminlərdən fərqli olaraq, aromatik aminlər asanlıqla oksidləşirlər. Buna misal olaraq xrom qarışığının anilinlə reaksiyasını göstərmək olar. Bu reaksiya nəticəsində “ qara anilin “ boyağı alınır.

Azotla reaksiyası

Nitrit turşusu ilə anilin diazonium kationu əmələ gətirir :


  • C6H5NH2 +NaNO2 + 2HCl → C6H5N+2Cl- + NaCl + 2H2O

Bu reaksiyadan fenolun alınmasında istifadə olunur. Ancaq xlorid turşusu əvəzinə durulaşdırılmış sulfat turşusu götürülməlidir :

  • 2 C6H5NH2 +2NaNO2 + 2H2SO4 → (C6H5N+2)2 SO4 + Na2SO4 + 4H2O → 2 C6H5OH + 2N2 ↑ + Na2SO4 + H2SO4 + 2H2O

Başqa reaksiyalar

Anilinin xlorid turşusu ilə qarşılıqlı təsirindən fenilammonium xlorid alınır :

  • C6H5NH2 + HCl → [C6H5NH3]Cl

İstehsalı və tətbiqi

Əvəllər anilini nitrobenzolu molekulyar hidrogenlə reduksiya etməklə alırdılar ki, nəticədə çıxım 15%-dən çox olmurdu. Qatılaşdırılmış xlorid turşusunun dəmirlə qarşılıqlı təsirindən alınan atomar hidrogen molekulyar hidrogendən aktiv olduğuna görə Zinin reaksiyası anilin alınmasında daha əlverişli üsuldur. Burada nitrobenzol anilinə reduksiya edilir. Anilindən həm də süni kauçuk istehsalında da istifadə edilir.

Zəhərli xassələri

Anilin mərkəzi əsəb sisteminə neqativ təsir göstərir. Anilinin buxarları orqanizmə tənəffüs yolları ilə, hətta dəri vasitəsilə də keçə bilər. Anilinlə zəhərləndikdə zəiflik, baş gicəllənmə, baş ağrıları, dodaqların göyərməsi müşahidə olunur. Bundan əlavə ürəkbulanma, qusma da olur. Anilinlə xroniki zəhərlənmədən toksiki hepatit və psixi-əsəb pozuntuları baş verir.

Ədəbiyyat

  • Артеменко А. И. Органическая химия. — М.: «Высшая школа», 1987. — 430 с.

Qeyd

  1. http://www.cdc.gov/niosh/ipcsneng/neng0011.html.
  2. ↑ Перейти к:1 2 3 4 5 6 7 8 http://www.cdc.gov/niosh/npg/npgd0033.html 2022-04-18 at the Wayback Machine
  3. Окисление анилина раствором хлорной извести. Единая коллекция цифровых образовательных ресурсов. Проверено 14 августа 2017.
  4. Цветков Л.А. § 36. Амины // Органическая химия. Учебник для 10 класса. — 20-е изд. — М.: Просвещение, 1981. — С. 171—175.
  5. Aniline (англ.) (недоступная ссылка — история). www.the-innovation-group.com (19 February 2002). — Aniline producers price capacity market demand consumption production growth uses outlook n.d., The Chemical Market Reporter, Schnell Publishing Company. Проверено 14 августа 2017. Архивировано 19 февраля 2002 года.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anilin haqqında məlumat. Anilin nədir? Anilin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nevill Çemberlen

  • Fevral 27, 2026

    Telavi bələdiyyəsi

  • Fevral 27, 2026

    Vismar

  • Fevral 24, 2026

    Cibuti şəhəri

  • Fevral 28, 2026

    Sezən Aksu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst