Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Burqundiya hersoqluğu (fr. Duché de Bourgogne) - Qərbi Avropada 9-15-ci əsrlərdə mövcud olmuş dövlət. Əsası hersoq I Robert tərəfindən qoyulmuş Burqundiya herso

Burqundiya hersoqluğu

  • Ana Səhifə
  • Vikipediya
  • Burqundiya hersoqluğu

Burqundiya hersoqluğu (fr. Duché de Bourgogne) - Qərbi Avropada 9-15-ci əsrlərdə mövcud olmuş dövlət. Əsası hersoq I Robert tərəfindən qoyulmuş Burqundiya hersoqluğu 1477-ci ildə Nansi müharibəsindən sonra dağılmışdır.

Tarixi dövlət
Burqundiya hersoqluğu
fr. Duché de Bourgogne
lat. Ducatus Burgundiae
Bayraq Gerb
Bayraq Gerb
Burqundiya və Hollandiya torpaqları hersoq Çarlzın hakimiyyəti zamanı.
Burqundiya və Hollandiya torpaqları hersoq Çarlzın hakimiyyəti zamanı.
880 — 1477
Paytaxt Dijon
Rəsmi dilləri Latın və Fransız
Din Roma-Katolik kilsəsi və İudaizm
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

German tayfası burqundların keçmiş krallığının 843-cü ildə Qərbi Frank krallığının tabeliyinə keçən şimal-qərb hissəsində yaranmışdı. Burqundiya hersoqu Raul 923–936-cü illərdə Fransa kralı idi. 956-cı ildə onun sülaləsi kəsildikdən sonra Burqundiya hersoqluğu kral Huqo Kapetin qardaşları Robertilər sülaləsinin hakimiyyətinə keçdi; onlardan kiçiyinin ölümündən sonra 1002-ci ildə kral domeninə qatıldı, lakin 1032-ci ildə kral I Henrixin kiçik qardaşı, Burqundiya hersoqluğunun birinci Kapetinqlər sülaləsinin banisi Robertə verildi. X –XII əsrlərdə Burqundiya hersoqluğu kilsə islahatı uğrunda mübarizə aparan rahiblər hərəkatının mərkəzinə çevrilmişdir.

1363-cü ildən Burqundiya hersoqluğunu ikinci Kapetinqlər sülaləsi idarə edirdi. XIV əsrin sonlarından Burqundiya hersoqları öz torpaqlarını sürətlə genişləndirirdilər. 1384-cü ildə Cəsur Filipp Flandriyanın, Artua və Burqundiya qraflığının varisi oldu. Burqundiya hersoqlarının nüfuzu kilsə mülkləri Turne, Kambre, Lyej və Utrextə də yayıldı. XV əsrin ortalarında Burqundiya hersoqluğu özünün silki-nümayəndəli təsisatına – ştatlara və parlamentə (o dövrdə hersoq məhkəməsi) malik Qərbin böyük hersoqunun güclü, faktiki olaraq müstəqil dövlətinə çevrildi.

Burqundiya hersoqluğu Avropa siyasətində mühüm rol oynamağa başladı, Fransa ilə siyasi rəqabətə girdi və Lotaringiya, Elzas və İsveçrəni özünə tabe etməyə cəhd göstərdi. Cəsur Karl imperator III Fridrixlə ona kral titulunun verilməsi barədə danışıqlara başladı. Lakin Fransa tərəfindən dəstəklənən İsveçrə və Lotaringiyaya qarşı müharibədə Burqundiya hersoqluğu məğlubiyyətə uğradı. 1477-ci ildə Nansi yaxınlığındakı vuruşmada Cəsur Karlın ordusu darmadağın edildi, özü isə öldürüldü. Burqundiya hersoqlarının mülkləri Fransa və Habsburqlar imperiyası arasında bölüşdürüldü. Burqundiya hersoqluğu imtiyazlı əyalət kimi ştatları, parlamenti və hesablama palatası ilə birlikdə Fransa kral domeninə birləşdirildi.

Burqundiya hersoqlarının Niderland mülkləri Cəsur Karlın qızı Burqundiyalı Mariyanın 1482-ci ildəki ölümündən sonra Habsburqlara keçdi. Böyük Fransa inqilabı illərində Burqundiya əyaləti ləğv edildi və bir neçə departamentə bölündü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Burqundiya hersoqluğu haqqında məlumat. Burqundiya hersoqluğu nədir? Burqundiya hersoqluğu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Dəniz iqlimi

  • Fevral 24, 2026

    Avropoid

  • Fevral 24, 2026

    Zamua

  • Fevral 24, 2026

    Ceyms Qandolfini

  • Fevral 23, 2026

    Kobalt

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst