Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən), Azə

Adil Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Adil Əliyev

Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən), Azərbaycan Kikboksinq Federasiyasının prezidenti (2000-ci ildən), Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədr müavini (2020–2024), Milli Məclisin III, IV, V və VI çağırış deputatı (2005–2024).

Adil Əliyev
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
8 iyul 2024-cü ildən
    ƏvvəlkiƏziz Əzizov
    Azərbaycan Kikboksinq Federasiyasının prezidenti
    Vəzifədədir
    2000-ci ildən
      ƏvvəlkiAzər Həsənsoy
      Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini
      10 mart 2020 – 9 iyul 2024
      ƏvvəlkiZiyafət Əsgərov
      Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı
      2 dekabr 2005 – 9 iyul 2024
      Seçki dairəsi2005, 2010, 2015, 2020 — 20 saylı Nərimanov ikinci
      Əvvəlkivəzifə təsis edildi
      Şəxsi məlumatlar
      Doğum tarixi 25 sentyabr 1969(1969-09-25) (56 yaş)
      Doğum yeri
      • Maxta, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
      Təhsili
      • Sankt-Peterburq Hərbi Dənizçilik İnstitutu[d],
      • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası,
      • Bakı Dövlət Universiteti
      Fəaliyyəti siyasətçi
      Rütbəsi
      Polis polkovniki
      Elmi fəaliyyəti
      Elmi dərəcəsi
      • hüquq elmləri üzrə fəlsəfə doktoru

      Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "İgidliyə görə" medalı — 20052005 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı — 20212021 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — 20192019
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      Mündəricat

      Həyatı

      Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə [[Polis Akademiyası (Azərbaycan)|Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.]] 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

      2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

      2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.

      2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

      Ailəsi

      Ailəlidir, üç övladı var.

      • General-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.

      Hərbi xidməti

      1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

      2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

      İctimai-siyasi fəaliyyəti

      2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

      20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı seçilmişdir.

      2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib.

      10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir.

      10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.

      8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.

      Təltif və mükafatları

      • "Polis əlaçısı" fəxri adı (2000)
      • "İgidliyə görə" medalı (2005)
      • 20 iyun 2020-ci ildə "ehtiyatda olan polkovnik" rütbəsiylə təltif edilmişdir.
      • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

      Qeydlər

      1. 2000–2008-ci illərdə federasiya Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası adlanmış, həmin ildə müstəqil iki federasiyaya — Azərbaycan Kikboksinq Federsiyası və Azərbaycan Muey-Tay Federasiyasına bölünmüşdür.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adil Əliyev haqqında məlumat. Adil Əliyev nədir? Adil Əliyev nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 27, 2026

        XIII Benedikt

      • Fevral 27, 2026

        Surabaya

      • Fevral 27, 2026

        Galanthus

      • Fevral 27, 2026

        Oryza

      • Fevral 27, 2026

        Con Franklin

      Trend Mahnılar
      • Fevral 17, 2026

        Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

      • Fevral 21, 2026

        Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

      • Fevral 24, 2026

        Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

      • Fevral 17, 2026

        İsmail Zade — Bir Adam (Rəsmi Audio)

      • Fevral 17, 2026

        Xumar Qedimova - Dünya

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst