Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hefest (Yunanca: Ἥφαιστος (Hefaistos)) Yunan mifologiyasında dəmirçilik və vulkanların tanrısı. Hera ilə Zevsin oğlu.

Hefest

  • Ana Səhifə
  • Vikipediya
  • Hefest

Hefest (Yunanca: Ἥφαιστος (Hefaistos)) Yunan mifologiyasında dəmirçilik və vulkanların tanrısı. Hera ilə Zevsin oğlu.

Hefest
q.yun. Ἥφαιστος
Mifologiya Qədim Yunan
Təsir sahəsi Vulkan, od
Yunanca adı Ἥφαιστος
Latınca adı Hephaestus
Cinsi kişi[d]
Atası Zevs
Anası Hera
Qardaşı Apollon, Ares,
Uşaqları Erixton
Digər mədəniyyətlərdə Vulkan, Ptah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vulkan və alov tanrısı Hefest
Afrodita ilə evlənməsi
Hefest məbədi, Afina

Mündəricat

Hefestin doğulması

Əfsanəyə görə Hefest Zevs və Heranın yeganə şikəst doğulmuş uşağıdır. Bəzi rəvayətlərə görə Hera kişi yardımı olmadan Hefestə hamilə qalır, doğduqdan sonra onun axsaq olmasından utanaraq onu dənizə atır. Xoşbəxtlikdən onu iki dəniz ilahəsi Fetida və okeanida Evrinoma xilas edərək böyüdürlər. Dənizin dibində öz sevimli sənəti, dəmirçiliklə məşğul olan Hefest gözəl və tayı bərabəri olmayan bəzək əşyaları düzəldərək hamını valeh edir. Əsl valideynlərinin kim olduğunu öyrəndikdən sonra əsasən Heradan qisas almaq qərarına gəlir. Bu məqsədlə qızıldan yaraşıqlı taxt düzəldərək Heraya hədiyyə göndərir. Sevincək hədiyyəni qəbul edən Hera ona əyləşərkən taxta sarınmış olur. Heranı azad etmək üçün uzun mübahisə və çəkişmədən sonra Dionis məsələyə qarışaraq qardaşı Hefesti içizdirərək sərxoş halda Olimpə gətirir və onu Hera ilə barışdırır. Oğlunun könlünü

almaq üçün Hera Afroditanı ona ərə verir.

Sənətkar Hefest

Hefest bir çox sənətlərin mahir ustası olmuşdur. O, tikintidə və memarlıqda, zərgərlikdə və silahqayırmada, dəmirçilikdə və icad etmədə gözəl əl qabiliyyətinə malik olmuşdur. O, Olimpdə möcüzəli tanrılar sarayını tikmişdir. Hefest ayaqları zəif olduğu üçün ona gəzərkən yardımçı olmaq məqsədilə qızıldan iki qız düzəltmişdir. O, Feak çarı Alkinoya onun sarayını qorumaq üçün qızıl və gümüşdən sehrli it düzəltmişdir. O, Kolxida çarı Eeta üçün süd, çaxır, su qaynaqlı bulaqlar düzəltmişdir.

Hefest kultu

Hefest özündə alovu tərənnüm edən tanrı idi. Lemnos adasınında belə güman edilirdi ki, Mosixl dağından püskürən alov onun altındakı Hefestə məxsus dəmirçixanadan çıxırmış. Buna görə də onu dəmirçilərin səcdə etdikləri kult hesab edirdilər.Hefestin adı ilə bağlı olan məbədlər əsasən vulkanların yaxınlığında yerləşirdi. (Lemnos adasında, Siciliyada, Etna vulkanının yaxınlığında və s.)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hefest haqqında məlumat. Hefest nədir? Hefest nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Aleksandr

  • Fevral 27, 2026

    İsmayıl Katib

  • Fevral 27, 2026

    Fauna (mifologiya)

  • Fevral 27, 2026

    Azərmarka

  • Fevral 27, 2026

    Kəpək

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst