Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektrom

Eniqma

  • Ana Səhifə
  • Vikipediya
  • Eniqma

Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma Birinci Dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius[ing.] tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın İkinci Dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur.

Eniqma maşınının loqosu
Səkkiz rotorlu bir Eniqma maşını
Hərbi Eniqma maşını, 1930-cu illərdən sonrakı dövr ərzində və müharibə zamanı istifadə olunmuş "Enigma 1" modeli; İtaliyada Leonardo da Vinçi adına Elm və Texnologiya Muzeyində nümayiş etdirilir

Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı. 1938-ci ildən başlayaraq, Eniqma maşınlarına əlavə mürəkkəb hissələr dəfələrlə əlavə olunduğuna görə şifrələrin açılması daha da çətinləşdi və əlavə qurğular və kadrlara ehtiyac yarandı.

1939-cu ilin 26–27 iyulunda Varşavada Polyaklar özlərinin Eniqma-kodsındırma texnikası və avadanlıqları, o cümlədən, kriptolocik bomba, Zıqalskiy vərəqləri ilə Fransa və Britaniya hərbi kəşfiyyat nümayəndələrinin qarşısında təşəbbüslə çıxış ediblər. Bu nümayiş sonralar Britaniyanın bu işi davam etdirməsi üçün əsas bazis rolunu oynayıb. Müharibə zamanı Britaniyalı kriptoqrafiyaçılar Eniqmada şifrələnən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tətəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib.

Bununla belə, təcrübə göstərirdi ki, Eniqmada bəzi kriptoqrafik çatışmazlıqlar mövcuddur. Bu Alman prosedur nöqsanları, operatorların səhvləri, şifrləmə prosedurlarında sistemli şəkildə dəyişikliklərin tətbiq olunmaması ilə bağlı idi. Müharibə zamanı qurğunun və əsas siyahıların müttəfiqlər tərəfindən ələ keçirilməsi kriptoqrafların bu şifrələri sındırması sahəsinə də öz təsiri göstərdi. Bütün bunlar müttəfiq ölkələrdən olan kriptoqrafların uğur qazanmasına və hadisələrin gedişinin müttəfiqlərin xeyrinə dəyişməsinə imkan yaratdı.

Mündəricat

Digər Eniqma maşınları

Müharibə sırasında və sonrasında istifadə edilmiş olan digər Eniqma maşınları.

  • Yapon Eniqma maşını
    Yapon Eniqma maşını
  • Ticarət məqsədi ilə istifadə edilmiş olan Eniqma
    Ticarət məqsədi ilə istifadə edilmiş olan Eniqma
  • Eniqma 26 dan 2002-ci ildə təkrar istehsal olunan Tatjana van Varkın Eniqma maşını.
    Eniqma 26 dan 2002-ci ildə təkrar istehsal olunan Tatjana van Varkın Eniqma maşını.

Biblioqrafiya

  • Stripp, Alan, Hinsley, F. H.; Stripp, Alan (redaktorlar ), "The Enigma Machine: Its Mechanism and Use", Codebreakers: The Inside Story of Bletchley Park, 1993
  • Kahn, David, Seizing the Enigma: The Race to Break the German U-Boats Codes, 1939–1943, 1991, ISBN 0-395-42739-8

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eniqma haqqında məlumat. Eniqma nədir? Eniqma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəşər Əsəd

  • Fevral 27, 2026

    Solanum asperum

  • Fevral 27, 2026

    Kosovo müharibəsi

  • Fevral 27, 2026

    Dizayn

  • Fevral 27, 2026

    İslam Mehrəliyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst