Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir.

Borsunlu (Tərtər)

  • Ana Səhifə
  • Vikipediya
  • Borsunlu (Tərtər)

Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir.

Kənd
Borsunlu
40°26′37″ şm. e. 46°51′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Tərtər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.500 nəfər
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 14
Xəritəni göstər/gizlə
Borsunlu xəritədə
Borsunlu
Borsunlu
Cavanşir qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Borsunlu

Mündəricat

Mədəniyyəti

Əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir.

Köhnə kənd qəbirsanlıqında qədim türbələr, sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər.

Toponimi

Borsunlu kəndinin adı Borsun tayfası ilə əlaqələndirilir, bu tayfa türk mənşəli bir boy olmuş və Azərbaycan ərazisində məskunlaşmışdır.

Coğrafiyası və iqlimi

Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. Kəndin ətrafı münbit torpaqlara sahibdir, bu da əsasən əkinçilik və heyvandarlığın inkişaf etməsinə şərait yaradır.

Əhalisi

Kənddə 300-ə yaxın ailə yaşayır,1500-ə yaxın əhalisi var.

Kənd Goranboy rayonunun Tapqaraqoyunlu, Xan qərvəndi, Tərtər rayonunun Sarov, Dəmirçilər kəndi, Ağdərə rayonunun Talış kəndi (Keçmiş Mardakert rayonu) ilə qonşuluqda yerləşir. Ona görə də Borsunlu kəndi ermənilərin yaşadığı Talış kəndi tərəfindən həmişə atəş altında saxlanılır.

Qeyd: Borsunlu kəndi çox vaxt KİV vasitələrində Goranboy rayonunun Borsunlu kəndi ilə səhv salınır. Yerli əhali bu kəndlə eyni tayfalara malikdirlər, uzun sürən qohumluqları olub, xalq arasında Tərtər rayonunu Borsunlu kəndi İnçə çayının sahilində olduğu üçün İncə Borsunlu, o birisi isə Bakı-Gəncə magistral yolunun kənarında yerləşdiyi üçün Gəncə Borsunlusu adlanır.

Borsunlu kəndində Kənd İcra nümayəndiliyi, Bələdiyyə (hal-hazırda əhali yaşamayan Qırmızı-Saqqallar-Qazaxlar kəndləridə bu qurumlara tabedir.) orta məktəb, tibb məntəqəsi, klub, kitabxana, rabitə şöbəsi fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Borsunlu (Tərtər) haqqında məlumat. Borsunlu (Tərtər) nədir? Borsunlu (Tərtər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zincilər üsyanı

  • Fevral 27, 2026

    Qutab

  • Fevral 27, 2026

    Maksimian

  • Fevral 27, 2026

    Pritsker mükafatı

  • Fevral 27, 2026

    Qazlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst