Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəng – ağ, bozumtul, sarımtıl, qəhvəyi, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, bəzən qeyri-şəffaf; Sıxlıq – 2,9-3,1

Maqnezit

  • Ana Səhifə
  • Vikipediya
  • Maqnezit

Maqnezit – Mg [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Maqnezit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
MgCO3
Strunz təsnifatı Vb/A.02
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya triqonal sinqoniya[d]
Zolaq rəngi ağ
Sıxlıq 2,96 ± 0,01 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Ferromaqnezit (7,5%-dək FeO).

Xassələri

Rəng – ağ, bozumtul, sarımtıl, qəhvəyi, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, bəzən qeyri-şəffaf; Sıxlıq – 2,9-3,1; Sərtlik – 4,0-4,5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; sıx farforabənzər aqre-qatlarında – qabıqvari; Morfologiya – kristallar: nadir rast gələn romboedrik; Mineral aqreqatları: massiv, sıx, dənəvər, farforabənzər, torpaqvari.

Mənşəyi və yayılması

Hidrotermal maqnezit dolomit və dolomitləşmiş əhəngdaşlarının metasomatik əvəzlənməsi məhsuludur. Hiperbazitlərin hidrotermal dəyişilmə prosesində isti karbonat məhlullarının təsiri zamanı olivin və piroksenlərin hesabına əmələ gəlir. Mineralın infiltrasion yataqları ultraəsasi süxur massivlərinin kimyəvi aşınması zamanı formalaşır. Çökmə maqnezit duz- və gips saxlayan süxur qatlarında qeyd edilir. Mineralın metamorfik əmələgəlmələri kristallik magnezial şistlər üçün adidir. Birlikdə rast gəldiyi minerallar: dolomit, kalsit, kvars, xalsedon, opal, barit, talk, serpentin, gips, halit və b. Mineralın tapıldığı yerlər: Radenşteyn və Kraubat (Avstriya); İtaliya; İspaniya; Satkin və Xəlilov yataqları (Rusiya); Kvebek (Kanada); Kaliforniya, Nevada, Nyu-Meksiko ştatları (ABŞ); Salem (Hindistan) və b. Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitləri içərisində yerləşən bir sıra kiçik maqnezit təzahürləri vardır.

Tətbiqi

Yandırılmış maqnezit 3000°C temperaturadək dayanıqlı olan yüksəkodadavamlı material kimi metallurgiyada, həmçinin abraziv sənayesində və tikintidə istifadə edilən Sorel sementinin istehsalında tətbiq edilir. Kimya, keramika, kağız, rezin, əczaçılıq və başqa sənaye sahələrində də istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maqnezit haqqında məlumat. Maqnezit nədir? Maqnezit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Osmanlı musiqisi

  • Fevral 27, 2026

    Səfixanlar

  • Fevral 25, 2026

    Svetlana Aliluyeva

  • Fevral 27, 2026

    Linux paylanması

  • Fevral 27, 2026

    Zaraysk

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst