Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəng – adətən boz, mavi-boz, bozumtul-ağ, ağ, sarımtıl; mineralın rəng müxtəliflikləri: serdolik (karneol) – narıncı-qırmızıdan qonuru-qırmızıyadək, sarder –yar

Xalsedon

  • Ana Səhifə
  • Vikipediya
  • Xalsedon

Xalsedon SiO2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Xalsedon
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya triqonal sinqoniya[d]
Bərklik 7
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalsedon kvarsın incəlifli gizlikristallik növ müxtəlifliyidir.

Mündəricat

Növ müxtəliflikləri

Xalsedonun bir sıra rəng müxtəliflikləri məlumdur.

Xassələri

Rəng – adətən boz, mavi-boz, bozumtul-ağ, ağ, sarımtıl; mineralın rəng müxtəliflikləri: serdolik (karneol) – narıncı-qırmızıdan qonuru-qırmızıyadək, sarder –yarımşəffaf, qonur, qırmızımtıl-qonur, sapfirin–mavi çalarlı göy, matorolit–şəffaf zümrüdü-yaşıl, xrizopraz – alma kimi yaşıl, prazem – yarımşəffaf soğanı-yaşıl, plazma – tünd-soğanı-yaşıl, əqiq–zolaqlı boyanmış xalsedonlardır; oniks – paralel zolaqlı əqiq, heliotrop (yaxud qanlı daş) – al-qırmızı ləkəli plazmadır və s.; Mineralın cizgisinin rəngi – rəngsiz, ağ; Parıltı – ipəyi, donuq, mum; Şəffaflıq – adətən yarımşəffaf, nazik kəsikləri – şəffaf; Sıxlıq – 2,59-2,61; Sərtlik – 6,5-7; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qabıqvari; Morfologiya – mineral aqreqatları: naziklifli böyrək- və salxımvari, axın əmələgəlmələri, damarcıqlar, qabıqlar, sferolitlər, stalaktitlər, jeodalar, jelvaklar, müxtəlif minerallar və üzvi qalıqlar (heyvan və bitki) üzrə psevdomorfozalar; Arizona ştatındakı (ABŞ) Daşlaşmış meşə dünyada məşhurdur.

Mənşəyi və yayılması

Ən çox effuziv süxurlarda yayılaraq, onlardakı badamcıq boşluqlarını və çatları doldurur. Hidrotermal mənşəli xalsedon, adətən, nisbətən aşağıtemperaturlu şəraitlərdə əmələ gəlir. Ekzogen xalsedona filiz yataqlarının oksidləşmə zonalarında və aşınma qabığında rast gəlinir. Çökmə əmələgəlmələrdə qeyd edilmişdir, çaxmaq daşı şəklində, xüsusilə, əhəngdaşlarında geniş yayılmışdır. Az miqdarda isti bulaqların çöküntülərində qeyd edilir. Kimyəvi baxımdan dayanıqlı mineral olub, səpintilərdə tez-tez rast gəlir. Mineralın tapıldığı yerlər: çoxsaylıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, seolitlər, karbonatlar və b. Azərbaycanda xalsedon Dağlıq Qarabağın, Göy-Göl, Qazax, Qubadlı, Cəbrayıl, Şəmkir, Laçın, Kəlbəcər rayonlarının və b. bir çox yerlərində geniş yayılmışdır.

Tətbiqi

Dəqiq cihazqayırma sahəsində, əqiq həvəngdəstə hazırlanmasında, gözəl, parlaq boyanmış növ müxtəliflikləri isə zərgərlikdə istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xalsedon haqqında məlumat. Xalsedon nədir? Xalsedon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malkolm X

  • Fevral 23, 2026

    Buzlaq

  • Fevral 27, 2026

    22 (say)

  • Fevral 27, 2026

    Allophylus

  • Fevral 27, 2026

    Romul Avqust

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst