Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşək

Soylan rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Soylan rayonu

Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkar Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir.

Rayon
Paşalı rayonu

39°45′00″ şm. e. 45°37′00″ ş. u.HGYO


İnzibati mərkəz Vayk, Yeğeqnadzor, Paşalı
Tarixi və coğrafiyası
Yaradılıb 15.10.1931
Ləğv edilib 12 aprel 1995
Sahəsi
  • 1.173,8 km²
Əhalisi
Əhalisi 13 680 (1989) nəfər
Paşalı rayonu xəritədə

Mündəricat

Tarixi

Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Paşalı Əzizbəyov 03.01.1935
İtqıran Gülüstan 03.01.1935
Sultanbəy Bartsruni 03.01.1935
Almalı Xndzorut 12.11.1946
Kotanlı Karmraşen …
Çul Artavan 19.04.1950
Quşçu Keçid 12.11.1946
Soylan Əzizbəyov 12.10.1956
Əzizbəyov Vayk 1991-ci il
Horadiz Oradis 03.07.1968
Kabud Kapuyt 03.07.1968
Daylaxlı Arin 25.01.1978
Səfolar Cermuk …

Coğrafi mövqeyi

Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi və Səfolar yaylası Soylan rayonu ərazisində yerləşir. Quyudağ (h.2593 m), Ağxaç aşırımı, Keçid su anbarı da bu rayondadır. Məşhur Arpa-Göyçə su kanalı məhz Arpaçay üzərindəki Keçid su anbarından başlanır. Dərələyəz silsiləsi Arpaçayı ilə Naxçıvan çayı arasında uzanıb, Şərqdə Zəngəzur silsiləsinə qovuşur. Uzunluğu 70 km olan bu dağ silsiləsinin ən hündür zirvəsi Kükü dağıdır (h 3120 m).

Həmçinin bax

  • Dərələyəz mahalı
  • Qərbi Azərbaycan
  • Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
  • Erməni əhalisinin tarixi miqrasiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Soylan rayonu haqqında məlumat. Soylan rayonu nədir? Soylan rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nineviya

  • Fevral 27, 2026

    AIDS

  • Fevral 27, 2026

    Brazzavil

  • Fevral 25, 2026

    Yarımada

  • Fevral 27, 2026

    Aşxaratsuyts

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst