Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlincə dağı — Azərbaycanda yerləşən dağ zirvəsidir (hündürlüyü 1821,4 m). Naxçıvanın Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin

Əlincə dağı

  • Ana Səhifə
  • Vikipediya
  • Əlincə dağı

Əlincə dağı — Azərbaycanda yerləşən dağ zirvəsidir (hündürlüyü 1821,4 m). Naxçıvanın Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin şərq yamacında zirvədir. Hündürlüyü 1810 m-dən 1821,4 m-ə qədər dəyişir. Dağın cənub-şərq yamacında Xanəgah kəndi var, dağın zirvəsində isə orta əsrlərə aid Əlincə qalası yerləşir.

Əlincə
Ümumi məlumatlar
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 1810-1821,4 m
Yerləşməsi
39°11′35″ şm. e. 45°42′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Əlincə xəritədə
Əlincə
Əlincə

Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi ellipsvari sıldırım yamaclı yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Dağ lakkolitlərdən ibarətdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzində izlənilən eyniadlı antiklinalın maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir.

Həmçinin bax

  • Böyükdüz dağı
  • Ağdaban
  • Cuğağıl dağı
  • Elti dağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlincə dağı haqqında məlumat. Əlincə dağı nədir? Əlincə dağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lena (kommuna)

  • Fevral 27, 2026

    Roma (film)

  • Fevral 27, 2026

    Cərh

  • Fevral 27, 2026

    Vilyam Maynor

  • Fevral 27, 2026

    56 (ədəd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst