Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lex Aleksandr Kaçinski (pol. Lech Aleksander Kaczyński; 18 iyun 1949[…], Varşava – 10 aprel 2010[…], Smolensk) — 2005–2010-cu illərdə Polşanın prezidenti, 2002–

Lex Kaçinski

  • Ana Səhifə
  • Vikipediya
  • Lex Kaçinski

Lex Aleksandr Kaçinski (pol. Lech Aleksander Kaczyński; 18 iyun 1949[…], Varşava – 10 aprel 2010[…], Smolensk) — 2005–2010-cu illərdə Polşanın prezidenti, 2002–2005-ci illərdə Varşava şəhərinin rəhbəri (bələdiyyə başçısı), "Haqq və Ədalət" partiyasının rəhbərlərindən biri.

Lex Kaçinski
pol. Lech Kaczyński
Polşa Respublikasının Prezidenti
23 dekabr 2005 – 10 aprel 2010
ƏvvəlkiAleksander Kvasnevski
SonrakıBronislav Komorovski
Varşava paytaxt şəhərinin prezidenti
18 noyabr 2002 – 22 dekabr 2005
Polşanın ədliyyə naziri
12 iyun 2000 – 4 iyul 2001
ƏvvəlkiYeji Buzek
Polşa Respublikası Seyminin deputatı
25 noyabr 1991 – 31 may 1993
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1949(1949-06-18)[…]
Doğum yeri
  • Varşava, Polşa Xalq Respublikası
Vəfat tarixi 10 aprel 2010(2010-04-10)[…] (60 yaşında)
Vəfat yeri
  • Smolensk, Smolensk vilayəti, Rusiya
Vəfat səbəbi aviasiya qəzası[d]
Dəfn yeri
  • Vavel kafedralı[d]
Partiya
  • Hüquq və Ədalət partiyası[d] (–2006)
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], vəkil, sindikatçı[d], kino aktyoru, hüquqşünas, mühazirəçi, hüquq alimi[d], dissident
Həyat yoldaşı
  • Mariya Kaçinskaya (1978–2010)
Dini katolisizm

Təltifləri "Milli Qəhrəman" ordeni — 2010
Knight Grand Cross with Collar of the Order of Merit — 2007 Maltanın "Xidmətlərə görə" ordeni — 2007 Müqəddəs Georgi adına "Qələbə" ordeni — 2007 "Ağ şir" ordeninin boyunbağısı — 2010 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni — 2007 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni — 2009 Kral Tomislavın Böyük Ordeni — 2008 "Heydər Əliyev" ordeni — 2009 "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı — 2009 Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 2008 Grand Cross of the Order of Polonia Restituta — 2005 qızıl boyunbağılı "Böyük Vitautas" ordeni — 2009 "Şahzadə Henri" ordeninin böyük boyunbağısı — 2008 "Kral Əbdüləziz" ordeni — 2007 Order of the White Eagle (Third Polish Republic) — 2005
Collar of the Order of the Star of Romania — 2009
İmzanın şəkli
president.pl/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. Varşava Universitetini bitirib. Bundan sonra Qdansk Universitetində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, professor adı alıb. 1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edib. 1980-ci ilin avqustundan Qdansk Zavodlararası Tətil Komitəsinin müşaviri kimi fəaliyyət göstərən Lex Kaçinski 1981-ci ildə "Həmrəylik" Müstəqil Həmkarlar İttifaqlarının 1-ci Ümumpolşa qurultayına nümayəndə seçilib.

Siyasi fəaliyyəti

Polşada hərbi vəziyyət elan olunduqdan sonra Lex Kaçinski həbs edilir. Lex Valensa ilə sıx əməkdaşlıq edən L. Kaçinski "Həmrəylik" hərəkatının gizli Müvəqqəti Koordinasiya Komissiyasının katibi vəzifəsini icra edirdi. O, 1988-ci ildən Lex Valensa yanında Mülki Komitənin, 1989-cu ildən isə "Həmrəylik" hərəkatının Ümumpolşa İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü idi. 1989-cu ildə senator, iki il sonra isə Polşa Seyminin deputatı seçilib.

Lex Kaçinskinin 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L. Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992–1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub.

Lex Kaçinski və İlham Əliyev, 2008 il.

2001-ci ildə "Hüquq və ədalət" partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir. Prinsipial, işgüzar, ədalətli siyasi xadim kimi şöhrət qazanmış Kaçinski 2002-ci ildə Varşavanın prezidenti (meri) seçilib və dövlət başçısı kimi and içənə qədər bu vəzifədə çalışıb.

2005-ci ilin martında Lex Kaçinski Polşa Prezidenti vəzifəsinə öz namizədliyini sürəcəyini rəsmən elan edib. Həmin vaxt çoxları bu fikirdə idi ki, "Hüquq və ədalət" partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə Lex Kaçinskinin qardaşı Yaroslav baş nazir vəzifəsini tutacaq. 2006-cı ildə bu fikir gerçəkləşdi.

2005-ci il oktyabrın 9-da Lex Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatıldılar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşa Prezidenti seçildi.

Polşa Prezidentinin həyat yoldaşı Mariya Kaçinskaya iqtisadçı idi. Bir qızı və nəvəsi var. Lex Kaçinski yüksək şəxsi keyfiyyətləri, dövlətçilik mövqeyi, zəngin təcrübəsi, həmçinin siyasətçi-qanunverici, dövlət təhlükəsizliyinin keşikçisi imici sayəsində ölkədə böyük hörmət və nüfuz qazanmışdı.

O, Azərbaycanda rəsmi səfərdə olub.

Ölümü

Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib.

Mükafatları

Lex Kaçinskinin "Heydər Əliyev" ordeni ilə təltif olunması
  • 30.6.2009 — Azərbaycan Bakı Slavyan Unversitetinin Fəxri doktoru
  • 02.07.2009 — Azərbaycan "Heydər Əliyev" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lex Kaçinski haqqında məlumat. Lex Kaçinski nədir? Lex Kaçinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Edvard Smit

  • Fevral 27, 2026

    Müxtəlifdişlikimilər

  • Fevral 27, 2026

    Sistem biologiyası

  • Fevral 27, 2026

    Luis

  • Fevral 27, 2026

    Fontenblo

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst