Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkov

Həkim Qəni

  • Ana Səhifə
  • Vikipediya
  • Həkim Qəni

Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü.

Qəni Hüseynov
Qəni Hüseynqulu oğlu Hüseynov
Doğum tarixi 16 fevral 1918
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi 10 iyun 2008 (90 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Atası Hüseynqulu
Fəaliyyəti şair

Mündəricat

Həyatı

Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub.

Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945).

1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub.

Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur.

1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir.

Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Ailəsi

Həkim Qəninin 4 övladı olmuşdur. 1983-cü ildə həyat yoldaşı Mehparə Yaqub qızı Axundova vəfat edib.

Yaradıcılığı

Gənc yaşlarından poeziya ilə maraqlanmış, ilk şerlərini 30-cu illərdə yazmışdır. Yüzlərlə qəzəlin, həmçinin heca vəznində olan şeirlərin (qoşmalar, bayatılar və s.), bir neçə dram əsərinin, poemanın, aforizmlərin və s. müəllifidir. Məhəmməd Füzulinin 120 qəzəlinə təxmis yazmış, 100-dən çox qəzəlini rus dilinə tərcümə etmişdir. 12-dən çox kitabı nəşr olunub.

M. Füzuli, S. Ə. Şirvani, Ə. Cavad, M. Ə. Sabir, H. Cavid, M. Şəhriyar, Ə. Vahid yaradıcılığının, Şərq ədəbiyyatının, o cümlədən, əruzvəznli Azərbaycan poeziyasının kamil bilicisi olmuşdur.

Kitabları

  1. Qənimətdir keçən hər gün. Təxmislər, qəzəllər, qoşmalar, bayatılar. Bakı, "İşıq", 1992. 168 səh.
  2. Füzuliyə təxmislər. Bakı "Boz oğuz", 1997. 156 səh.
  3. Söz-sənət məbədgahı. "Vahid" Ədəbi məclisi [almanax]. Bakı, "Təfəkkür", 2000. 284 səh.
  4. Füzuliyə təxmislər. Bakı, "Şirvannəşr", 2004. 200 səh.
  5. Qəzəllər. Bakı, "Şirvannəşr", 2005. 432 səh.
  6. Bayatılar, Atmacalar, Qoşmalar. Bakı, "Adiloğlu", 2008. 544 s

Filmoqrafiya

Ədəbiyyat

  1. Elçin Qaliboğlu, Əliağa Vahid poeziyası (Şair-qəzəlxanın vəfatından 44 il ötür), Xalq Cəbhəsi. — 2009.- 29 oktyabr.- Səh.14.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həkim Qəni haqqında məlumat. Həkim Qəni nədir? Həkim Qəni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ceykob Zuma

  • Fevral 27, 2026

    Xristian Volf

  • Fevral 27, 2026

    Nazim Veysov

  • Fevral 27, 2026

    Pandemiya

  • Fevral 27, 2026

    Makedoniya (vilayət)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst