Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaziosmanpaşa — İstanbul ilinin ilçəsi. İstanbulun yeni yaşayış məntəqələrindən biri olan və əvvəllər Daşlıtarla və Kiçikköy bölgələri kimi tanınan Qaziosmanpaş

Qaziosmanpaşa

  • Ana Səhifə
  • Vikipediya
  • Qaziosmanpaşa

Qaziosmanpaşa — İstanbul ilinin ilçəsi. İstanbulun yeni yaşayış məntəqələrindən biri olan və əvvəllər Daşlıtarla və Kiçikköy bölgələri kimi tanınan Qaziosmanpaşa, 1950-ci illərdən sonra inkişaf edərək 1963-cü ildə bir ilçəyə çevrilmişdir. Qaziosmanpaşanın mərkəzi əvvəllər Daşlıtarla adlanırılırdı. Qaziosmanpaşa ilçəsi Bayrampaşa, Əsənlər, Əyyubsultan və Sultanqazi ilçələri ilə qonşudur.

Qaziosmanpaşa
41°04′24″ şm. e. 28°54′17″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Əsası qoyulub 4 sentyabr 1963
Sahəsi
  • 11,67 km²
  • 12 km² (2014)
Mərkəzin hündürlüyü 104 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Rəsmi dili
  • türk dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 34
Digər
gaziosmanpasa.gov.tr
Xəritəni göstər/gizlə
Qaziosmanpaşa xəritədə
Qaziosmanpaşa
Qaziosmanpaşa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhali artdıqca yerli nəqliyyat problemi də artır. Topqapı-Habipler tramvay xəttinin açılması ilə eyni zamanda müasir bir nəqliyyat yolu da ilçədə olmuşdur. Bundan sonra, ilçəyə köç nisbətən artmışdır.

Mündəricat

Əhali

Qaziosmanpaşa ilçəsində 16 məhəllə yer alır. Əhali, 1985-ci ildə 291,714 (hər km²-ə 1790 nəfər), 1997-ci ildə 570.943 (km-ə 3.900 nəfər) olmuşdur. Arnavutköy və Sultanqazi, 2008-ci ildə qəbul edilmiş yeni qanun çərçivəsində ilçə statusunu qazanmış, bundan sonra Qaziosmanpaşa ilçəsinin əhalisi 1.013.048-dən, 461,230 nəfərə düşmüş və "Türkiyənin ən sıxlıq ilçəsi" ünvanını itirmişdir.

Tarixçə

Qaziosmanpaşa ilçəsi, əvvəllər Əyyubsultan və Çatalca ilçələri sərhədləri içərisində idi. İlçə mərkəzinin yerləşdiyi cənub-şərq torpaqları 1950-ci illərə qədər boş düzənliklər olmuşdur. Bu torpaqlar məhsuldar və daşlı olduğuna görə insanlar arasında Daşlıtarla adını almışdır.

1950-ci ilə qədər heyvandarlar tərəfindən tikilmiş bir neçə kiçik evlədən ibarət idi. 1952-ci ildə dövlət tərəfindən Balkan mühacirləri üçün inşa edilən evlərlə başlayan Taşlıtarla sərgüzəştləri 1960-cı illərdən bəri Rami və Əyyubsultan sərhədlərini keçməsi ilə böyük bir nüfuz qazandı və 2009-cu ildək 1 milyon insanın yaşadığı nəhəng Qaziosmanpaşa ilçəsinin əsası qoyulmuşdur.

İqtisadiyyat

Kiçik əsnaflar və xarici istehsal fəaliyyətləri Qaziosmanpaşa ilçəsində iqtisadi həyatın əsasını təşkil edir. İqtisadi fəal əhalinin 60%-i ilçə mərkəzlərindəki bu işlərdə çalışır. Əsnaf və Sənətkarlar Birliyinin məlumatlarına görə, bu ilçədə 498 kiçik, 145 orta və 18 iri müəssisə yer alır. Çilçıraq, avtomobil mühərriklərinin təmiri, metal işləri, geyimlər və elektron santexnika sahələrində fəaliyyət göstərən bu müəssisələrdə ümumilikdə 3.888 nəfər çalışır. Bununla yanaşı, kənd əhalisinin dolanışığını təmin etdiyi ilçə kəndlərində də kənd təsərrüfatı istehsalı mövcuddur. Ancaq kənd təsərrüfatı istehsalı gündən-günə azalır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaziosmanpaşa haqqında məlumat. Qaziosmanpaşa nədir? Qaziosmanpaşa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ənzəli şəhristanı

  • Fevral 27, 2026

    Kvant optikası

  • Fevral 27, 2026

    İsrafil Aşurlı

  • Fevral 27, 2026

    Qarnye Sarayı

  • Fevral 27, 2026

    Mursiya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst