Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına gör

Çatalca

  • Ana Səhifə
  • Vikipediya
  • Çatalca

Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına görə). Rayon cənubda Böyükçəkməcə, qərbdə Silivri və Təkirdağ, şərqdə Avcılar, Kiçikçəkməcə və Qaziosmanpaşa məhəllələri ilə əhatə olunmuşdur. 1291 km² sahəsi olan Çatalca rayonu 40 məhəllədən ibarətdir.

Çatalca
41°08′33″ şm. e. 28°27′30″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Əsası qoyulub 26 iyun 1926
Sahəsi
  • 1.142 km² (2014)
Mərkəzin hündürlüyü 85 m, 105 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Rəsmi dili
  • türk dili
Digər
catalca.bel.tr
Xəritəni göstər/gizlə
Çatalca xəritədə
Çatalca
Çatalca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

İlçənin ərazisi 1.291 km²-dır. Bu ərazin böyük əksəriyyəti meşələrlə örtülüdür. Sahil uzunluğu 135 km təşkil edir. İl mərkəzinə məsafə isə 55 km-dir. Cənubda Böyükçəkməcə, qərbdə Silivri və Qaziosmanpaşa ilçələri ilə qonşudur. Şərqdəki qonşuları, Avcılar və Kiçikçəkməcədir. Ərazi etibarilə İstanbulun ən böyük ilçəsidir. İlçənin Qara dəniz sahilinin şimal hissəsində Ulduz dağlarının davamı olan meşələrlə örtülü yüksəklikləri yer alır. Meşənin cənubundan etibarən məhsuldar düzənliklər başlayır. İstanbulun içməli suyu ilçə sərhədləri içindəki Durusu gölü və Böyükçəkməcə su anbarından təmin edilir. Ulduz dağları başda olmaq üzrə Durusu gölündə su daşıyan bir çox irili-xırdalı dərə vardır.

İqtisadiyyatı

İlçənin iqtisadiyyatı heyvandarlıq, kənd təsərrüfatı və sənayeyə əsaslanır. Sənaye bitkisi olan günəbaxan, kənd təsərrüfatı sahələrində ən çox əkilən məhsullardandır. Bunlardan başqa arpa, yemiş, qarpız və müxtəlif tərəvəzlər də ən çox əkilənlər arasındadır. Çatalca rayonunda əhəmiyyətli dərəcədə heyvani qida istehsal olunur. Kərə yağı, pendir və qatıq bunların başlıcalarıdır. Çatalca rayonundakı daş karxanalarından əhəmiyyətli dərəcədə qrafit çıxarılır. Şəhər, bir çox sənaye təşkilatına sahibdir. Başlıca firmalar olaraq Harput Tekstil, Dünya Tekstil, Ağdaş Tekstil və müxtəlif gömrük saxlama sahələri Çatalca atanın aparıcı müəssisələri arasında yer alır. Frakiya Sərbəst Bölgəsi Çatalcada yer alır. Bundan başqa, Çatalca da 60 meqavatt gücündə 20 ədəd külək elektrik stansiyası da var.

Qeydlər

  • Türkiyə Statistika Qurumunun Ünvana Əsaslanan Əhali Qeydiyyat Sistemi 2013 məlumatlarına görə Çatalcada oxuma-yazma qabiliyyəti 99%-dir.
  • Bizansın əlindən çıxıb Osmanlılara keçməsi dəfələrlə təkrarlanıb. İlk dəfə I Murad dövründə 1373-cü ildə olmuşdur. Son dəfə isə Fateh dövründə Osmanlılara keçdi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çatalca haqqında məlumat. Çatalca nədir? Çatalca nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məsqət

  • Fevral 27, 2026

    Massiv

  • Fevral 27, 2026

    Buda

  • Fevral 27, 2026

    Eduard Züss

  • Fevral 27, 2026

    Anatoli Nuriyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst