Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Beydulla Musayev

  • Ana Səhifə
  • Vikipediya
  • Beydulla Musayev

Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Beydulla Musayev
Doğum tarixi 10 avqust 1907
Doğum yeri Ucar, Rusiya İmperiyası
Vəfat tarixi 23 iyun 1979 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti tərcüməçi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Həyatı

Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub.

Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s. əsərlərin tərcüməsi olub. rus ədəbiyyatından etdiyi tərcümələr sırasında Novikov-Priboyun "Susima", Aleksey Tolstoyun "Birinci Pyotr", Mixail Saltıkov-Şedrinin "Seçilmiş əsərləri", Fyodor Dostoyevskinin "Cinayət və cəza" və "Alçaldılmış və təhqir olunmuşlar", Lev Tolstoyun "Sevastopol hekayələri", Valentin Katayevin "Alay oğlu" və s. əsərlər xüsusilə seçilir.

Beydulla Musayev 1979-cu il iyun ayının 23-də Bakıda vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Beydulla Musayev haqqında məlumat. Beydulla Musayev nədir? Beydulla Musayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fariz Yusifov

  • Fevral 27, 2026

    Alligatoridae

  • Fevral 27, 2026

    Konak (İzmir)

  • Fevral 27, 2026

    Akantus (ornament)

  • Fevral 27, 2026

    Luka Karboni

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst