Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola v

Aorta qövsü

  • Ana Səhifə
  • Vikipediya
  • Aorta qövsü

Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın (lat. lig. arteriosum) bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, lat. n. reccurens sinister və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – lat. n. vagus sinister və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur. Ən yuxarı nöqtəsi birinci qabırğanın ön ucunun yuxarı kənarına uyğundur. Aorta qövsünün yuxarı çıxıq tərəfində sağdan-sola doğru üç böyük şaxə çıxır.

  1. lat. Truncus brachiocephalicus (a. anonyma – BNA) – bazu-baş kötüyü aorta qövsünün ən böyük şaxəsidir və o birilərindən sağ tərəfdə yerləşmişdir;
  2. lat. Arteria carotis communis sinistra – sol ümumi yuxu arteriyası;
  3. lat. Arteria subclavia sinistra – sol körpücükaltı arteriya.
Aorta qövsü
İnsan aortasının diaqramı
(Ön proyeksiya)
Arteriya diaqramı
Şəkil2
Şəkil2
Ürək və magistral damarlar
Latınca Arcus aortae
Qrey subyekt 142 547
Başlanır Qalxan aorta
Şaxələri lat. Truncus brachiocephalicus (a. anonyma – BNA) – bazu-baş kötüyü;
lat. Arteria carotis communis sinistra – sol ümumi yuxu arteriyası;
lat. Arteria subclavia sinistra – sol körpücükaltı arteriya.
MeSH Aortic+Arch
Dorlands/Elsevier     12150514
  • bax
  • müzakirə
  • redaktə

Bunlar aorta qövsündən başlayaraq boyuna, başa, çiyinə, yuxarı ətrafa, iki yuxarı qabırğaarası sahələrinə, döşqəfəsinin qabağına və qarının qabaq divarına (göbəyədək) şaxələr verir. Yuxarıda göstərilən şaxələrdən başqa aorta qövsündən bəzən (V. Qruberin fikirincə 10%) lat. a. thyreoidea ima adlanan kiçik bir şaxə başlayır. Bu damar lat. truncuc brachiocephalicus ilə lat. arteria carotis communis sinistra arasından çıxaraq nəfəs borusunun ön tərəfi ilə yuxarıya doğru qalxır və qalxanabənzər vəziyə daxil olur. Bununpraktikada artıq dərəcədə əhəmiyyəti vardır, çünki traxeostomiya (nəfəs borusunu yarma) zamanı cərrah səhvən bunu kəsərsə, nəticədə şiddətli qanaxma əmələ gələ bilər. Aorta qövsünün basıq səthindən nəfəs borusuna, bronxlara və çəngələbənzər vəziyə məxsus şaxəciklər çıxır.

Aorta qövsünün skeletə olan nisbəti (skletotopiyası), istiqaməti və ondan çıxan damarların miqdarı döş qəfəsinin quruluşundan asılıdır. Enli döş qəfəslilərdə (broxumorf insanlarda) aorta qövsü səthdə və frontal istiqamətdə olur və ondan çıxan damarlar bir-birindən uzaq olur. Yəni damarların dispersiyası müşahidə olunur. Döş qəfəsi dar və uzun olanlarda (dolixomorf insanlarda) aorta qövsü əksinə olaraq olduqca dərində və sağital istiqamətdə yerləşir və ondan çıxan damarlar bir-birinə yaxın olur, zəni damarların konsentrasiyası müşahidə olunur (V.K. Şevkunenko)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aorta qövsü haqqında məlumat. Aorta qövsü nədir? Aorta qövsü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Roman dili

  • Fevral 23, 2026

    Ərimə temperaturu

  • Fevral 27, 2026

    Mübariz Qurbanlı

  • Fevral 27, 2026

    Qüstav Flober

  • Fevral 27, 2026

    Həvari Yəhya

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst