Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024).
| Mübariz Qurbanlı | |
|---|---|
| |
| 21 iyul 2014 – 14 fevral 2024 | |
| Əvvəlki | Elşad İskəndərov |
| Sonrakı | Səyyad Aran (i. e.) Ramin Məmmədov |
| 1995 – 2014; 2024 - | |
Azərbaycan Demokratik İstiqlal Partiyasının həmsədri | |
| 1994 – 1999 | |
| Həmsədr | Vaqif Kərimov |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | vəzifə ləğv edildi |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 7 yanvar 1954 (72 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Dini | İslam |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | |
| | |
| Təltifləri | |
Həyatı
Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.
1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub.
1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib.
Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini olmuşdur.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur.
27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
2024-cü ildə 1 sentyabrda keçirilən Azərbaycan parlament seçkilərində 101 saylı Samux-Şəmkir seçki dairəsindən qalib gəldi. Rəsmi olaraq Azərbaycan Milli Məclisinin VII çağırış deputatı seçildi, ilk iclası 23 sentyabr 2024-cü ildə keçirildi.
Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.
Ailəlidir, iki övladı var.
Mükafatları
- 6 yanvar 2014 —
"Şöhrət" ordeni. - 7 yanvar 2024 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni .
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mübariz Qurbanlı haqqında məlumat. Mübariz Qurbanlı nədir? Mübariz Qurbanlı nə deməkdir?
