Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlləz Nəbi oğlu Vəliyev (13 fevral 1952, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mü

Əlləz Vəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əlləz Vəliyev

Əlləz Nəbi oğlu Vəliyev (13 fevral 1952, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, (2020-2021) Prezident təqaüdçüsü.

Əlləz Vəliyev(Ormeşənli)
Əlləz Nəbi oğlu Vəliyev
Doğum tarixi 13 fevral 1952(1952-02-13) (74 yaş)
Doğum yeri
  • Ormeşən, Dmanisi rayonu, Gürcüstan SSR, SSRİ
Uşaqları oğulları: Elçin Vəliyev, Anar Vəliyev, Nizami Vəliyev
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi

Mündəricat

Həyatı

Əlləz Ormeşənli 13 fevral 1952-ci ildə Ulu Borçalıda, qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub. 1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini, 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirib. 1971-1973-cü ildə hərbi xidmətdə olmuş. 1974-1975-ci ildə Qomareti meşəçiliyində sahə rəisinin köməkçisi, sonralar isə uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə işləmiş.

Fəaliyyəti

İşlədiyi müddətdə doğma elinə, təbiətə, o yerlərin insanlarına daha çox bağlanmış. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazıb. Bu kitaba görə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüş.  Ormeşən kəndi haqqında yazmış olduğu kitab XIX əsrdən müasir dövrümüzə qədər olan dövrü əhatə edir. Burada Ormeşən kəndinin ağsaqqalları, ağbircəkləri, ziyalıları, iş adamları, İkinci Dünya müharibəsinin iştirakcıları, zabitləri, əzəli torpağımız olan Qarabağ uğrunda döyüşən oğullarmız haqqında məlumatlar geniş və əhatəli göstərilmişdir. Həm də kitabda bu unudulmaz kəndin füsunkar gözəllikləri, yamyaşıl ormanları, sıx meşələri, Şır-şır axan bulaqları, dərələri, dağları gözəl təsvir olunub. İkinci kitab “Xalqa – elə məhəbbətin bəhrəsi” kitabıdır. Bu kitabda isə müəllifin həyatı boyu gördüyü və bildiyi həqiqətləri; 1958- 1966-cı illərdə Ormeşən 8-illik məktəbində, 1966-1968-ci illərdə Darvaz orta məktəbində; məktəb yoldaşları və müəllimləri; 1968-1971-ci illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxuyan zaman, tələbə və dərs deyən müəllimlər; bununla bərabər 27 mart 2011-ci ildə “Nərgiz” nəşriyyatı tərəfindən buraxılmış “Borçalıda qədim Ormeşən eli” kitabı haqqında ziyalıların və bir sıra qələm sahiblərinin yazmış olduğu rəy və xoş sözləri kitabda yerləşdirilmişdir. Meşəçilər haqqında yazmış olduğu “Təbiətdə izi qalan meşəçilər” kitabı üçüncü kitabıdır. “Təbiətdə izi qalan meşəçilər” kitabı AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabında Azərbaycan Respublikasının tanınmış təbiətşünasları, meşə təsərrüfatı işinin görkəmli təşkilatçıları, meşəçi alimlər, meşələrin qorunmasında xüsusi əməyi olan meşəçilər, meşə gözətçiləri və onların sayəsində salınmış və qorunub bu günümüzə ərmağan edilmiş gözoxşayan meşəliklər haqqında məlumatlar yer almışdır. Geniş oxucu kütləsi, təbiətsevərlər və ziyalılar tərəfindən bu kitab maraqla qarşılanmışdır. “Meşə Təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi Mehdi Mustafayev-100” kitabı isə onun dördüncü kitabıdır. Bu kitab meşə təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayevin anadan olmasının 100 illik yubleyi ilə əlaqədar olaraq tərtib edib hazırladığı bu kitabda Mehdi Mustafayevin təbiətə, xüsusilə meşələrə vurğunluğu, respublikada meşəçilik sahəsində böyük uğurları, hərtərəfli dünyagörüşü, Vətənə, xalqa bağlılığı, cəmiyyətdə qazandığı nüfuz, hörmət və ehtiram, nəcib insan keyfiyyətləri haqqında məlumat verilmişdir. Eyni zamanda Mehdi Mustafayevi yaxından tanıyan, onunla ünsüyyətdə olan respublikanın tanınmış ziyalıları və elm adamlarının bu görkəmli şəxsiyyət haqqında səmimi duyğuları, ürək sözləri və yaxın qohumları haqqında məlumatlar təqdim edilmişdir. Meşə təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi, meşəçilərin yaxın dostu olmuş Mehdi Mustafayevin həyat və əmək yolu tarixcəsini əks etdirən bu kitabın geniş oxucu kütləsi, təbiətsevərlər və meşəcilər tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

"Əlləz Vəliyev(Ormeşənli-70" kitabı isə müəllifin beşinci kitabıdır.Bu kitab Əlləz Vəliyevin anadan olmasının 70 illik yubleyi ilə əlaqədar olaraq tərtib edilmişdir. Bu kitabda Əlləz Vəliyevin uğurları, hərtərəfli dünyagörüşü, Vətənə, xalqa bağlılığı, cəmiyyətdə qazandığı nüfuz, eyni zamanda Əlləz Vəliyevin yazmış olduğu məqalələr, yaxından tanıyan, onunla ünsüyyətdə olan respublikanın tanınmış ziyalıları və elm adamlarının bu şəxsiyyət haqqında səmimi duyğuları, ürək sözləri və yaxın qohumları haqqında məlumatlar təqdim edilmişdir.

Ailəsi

Ailəlidir, 3 oğlu, 6 nəvəsi var. Həyat yoldaşı Fəridə Məmmədova, oğulları: Elçin Vəliyev, Anar Vəliyev, Nizami Vəliyev. Nəvələri: Murad Elçin oğlu, Rəşad Anar oğlu, Aysun Elçin qızı. Sunay Anar qızı, Fəridə Nizami qızı, Anastasiya Nizami qızı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlləz Vəliyev haqqında məlumat. Əlləz Vəliyev nədir? Əlləz Vəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbn Abidin

  • Fevral 27, 2026

    Midiyalılar

  • Fevral 27, 2026

    Lopatka burnu

  • Fevral 27, 2026

    Lu Huver

  • Fevral 27, 2026

    Lazar Brankoviç

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst